Bolotbek ŞAMŞİYEV: «Bakı dünyanın ən gözəl şəhərlərindən biridir»

 

"Azərbaycan bu gün dinamik inkişaf edir. Bütün sahələrdə ciddi nailiyyətlər əldə edilmişdir".

Bu sözləri türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyi tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş qırğızıstanlı kinorejissor ssenarist, SSRİ xalq artisti Bolotbek Şamşiyev müsahibəsində demişdir.

Bildirmişdir ki, Bakıya hər dəfə gələndə böyük dəyişiklikləri görmək mümkündür. Şəhəriniz gündən-günə gözəlləşir, abadlıq işləri aparılır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Onu heç bir yerlə müqayisə etmək mümkün deyildir. Burada gözəl bir harmoniya vardır.

Bakının həm türk dünyasının tarixi mərkəzlərindən biri olduğunu deyən görkəmli kinorejissor burada film çəkilməsi üçün ssenari yazdığını diqqətə çatdırmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qırğızıstanda Manas dastanının 1000 illik yubileyində iştirak etdiyini xatırlayan kinorejissor Bolotbek Şamşiyev ulu öndərin onunla səmimi görüşündən danışmış, xatirələrini bölüşmüşdür.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 18 dekabr.- S.6.