«İcra haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq "İcra haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 651-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 114; 2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹ 12, maddə 973; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə 1053; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 952; 2010, ¹ 2, maddə 75, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 482, ¹ 7, maddə 618; 2012, ¹ 11, maddə 1052; 2013, ¹ 6, maddə 613; Azərbaycan Respublikasının 2013-cü il 21 iyun tarixli 695 nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulaya "əmrlərinin," sözündən sonra "inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının," sözləri əlavə edilsin;

2. aşağıdakı məzmunda 1.1-1-ci maddə əlavə edilsin:

"1.1-1. İnzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 443, 444, 445.1, 446, 447.3, 448, 451-ci maddələrinin tələbləri nəzərə alınmaqla bu qanuna müvafiq icra olunur.".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 19 dekabr.- S.1.