«Məhkəmə-Hüquq Şurası haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununu "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının  2012-ci il 21 dekabr tarixli 520-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 8, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4; 2007, ¹ 4, maddə 321; 2010, ¹ 7, maddə 596; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 484; 2012, ¹ 12, maddə 1128) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 11.0.4-1-ci və 11.0.4-2-ci maddələr əlavə edilsin:

"11.0.4-1. hakimlərin öz razılığı ilə 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinciapelyasiya instansiyası məhkəmələrində "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilməsinə, zərurət olduqda, ezam edilmiş hakimin razılığı ilə ezam edilmə müddətinin yenidən 2 ilədək uzadılmasına dair məsələləri müzakirə edir;

11.0.4-2. ezam edilmiş hakimi özününya ezam edildiyi qurumun təşəbbüsü ilə əvvəl işlədiyi vəzifəyə qaytarır;".

2. Aşağıdakı məzmunda 11.0.12-1-ci maddə əlavə edilsin:

"11.0.12-1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş halda hakimlərin səlahiyyətlərinə xitam verir, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci və 3-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda, hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir;".

3. Aşağıdakı məzmunda 12.0.4-1-ci və 12.0.4-2-ci maddələr əlavə edilsin:

"12.0.4-1. hakimləri öz razılığı ilə 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinciapelyasiya instansiyası məhkəmələrində "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam etmək, zərurət olduqda, ezam edilmiş hakimin razılığı ilə ezam edilmə müddətini yenidən 2 ilədək uzatmaq;

12.0.4-2. ezam edilmiş hakimin özününya ezam edildiyi qurumun təşəbbüsü ilə əvvəl işlədiyi vəzifəyə qaytarılması məsələsini müzakirə etmək;".

4. Aşağıdakı məzmunda 12.0.8-1-ci maddə əlavə edilsin:

"12.0.8-1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş halda hakimlərin səlahiyyətlərinə xitam verilməsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci və 3-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda, hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə dair məsələləri müzakirə etmək;".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 19 dekabr.- S.1.