Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə»də və «Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturu»nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹12, maddə 1268) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə"də və "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturu"nda dəyişikliklər təsdiq edilsin.    

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 19 dekabr.- S.1.