Dünyanın indiyə qədər imzalanmış ən nəhəng enerji layihəsi

 

"Şahdəniz-2" layihəsi barədə 10 fakt

 

 

* Ümumi dəyəri 45 milyard ABŞ dolları həcmində qiymətləndirilən bu layihə dünyanın indiyə qədər imzalanmış ən nəhəng enerji layihəsidir.

* Bu layihə Azərbaycan tarixində bir layihəyə nəzərdə tutulan ən böyük birbaşa investisiyadır.

Bu layihə ümumi uzunluğu 3500 kilometrdən artıq olan Azərbaycan və Gürcüstanı birləşdirən Cənubi Qafqaz Boru Kəməri infrastrukturunun genişləndirilməsini, Türkiyənin şərqindən qərbinə qədər davam edəcək TANAP (Trans-Anadolu boru kəməri) kəmərinin inşa edilməsini və Yunanıstan, Albaniya, İtaliyanı birləşdirəcək TAP (Trans-Adriatik boru kəməri) kəmərinin inşasını nəzərdə tutur.

* Layihə bu günə qədər kəşf edilmiş 3 trilyon kubmetrə yaxın Azərbaycan qazının ən az 100 il birbaşa satışı üçün Avropada vasitəçisiz bazar yaradır, bununla da Azərbaycan dünyada həm neft, həm də qlobal qaz ixracatçısına çevrilir. Bu isə uzun illər Azərbaycanın milli gəlirlərinin formalaşmasının diversifikasiyası deməkdir.

* Bu layihələrin işlənməsində Azərbaycan Dövlət Neft Şirkətinin artan iştirak payı da təqdir edilməlidir.

 

 "Şahdəniz" tərəfdaşlarının payı:

 

BP (operator) - 28,8%, ARDNŞ - 16,7%, "Statoil" - 15,5%,

 

"Total" - 10%, "LUKoil" - 10%, NICO - 10% TPAO - 9%.

 

TANAP:

 

ARDNŞ (operator) - 68%,

 

BOTAŞ - 20% BP - 12%.

 

TAP:

 

ARDNŞ - 20%, BP - 20%, "Statoil" - 20%, "Fluxys" - 16%, "Total" - 10%,

 

E.ON - 9% "Axpo" - 5%.

* Bu layihənin icraçı çərçivəsində 30 mindən çox yeni yeri açılacaqdır ki, bu da müasir mühəndis menecerlərə yeni imkanlar yaratmaqla Azərbaycanda yeni nəsil insan kapitalının inkişafına böyük təkan olacaqdır.

* Bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüskar, müstəqil cəsarətli siyasətini dünyada ön plana çıxardır Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkə kimi rolunu yüksəldir.

* Əgər 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanda XX Əsrin layihəsi hesab edilirdisə, şübhəsiz ki, 17 dekabr 2013-cü ildə imzalanmış "Şahdəniz-2" layihəsi üzrə investisiya qərarı Azərbaycan bütöv region üçün XXI əsrin önəmli layihəsidir.

* İqtisadi əhəmiyəti qədər siyasi əhəmiyyəti böyük olan bu layihə ilə Qafqaz - Balkanlar, Qafqaz - Cənubi Avropa, Xəzər bölgəsi Avropa ölkələri arasında əməkdaşlıq yeni müstəviyə qədəm qoyacaq Azərbaycanın qlobal önəmi daha da artacaq.

* Layihənin birinci mərhələsi 2019-cu ilin əvvəlindən etibarən işə düşəcək hər il 10 milyard kubmetr Azərbaycan qazı  Cənubi Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə ixrac ediləcək. 2019-2025-ci illərdə layihənin imkanları genişləndikdən sonra başqa şirkətlərin ölkələrin bu layihəyə qoşulacağı ehtimal olunur.

 

 

 

Ceyhun OSMANLI,

Milli Məclisin deputatı, Dünya Bankı

Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsi idarə heyətinin üzvü

Azərbaycan.-2013.- 19 dekabr.- S.4.