Albaniya Respublikasının Baş naziri

Edi Ramanın Azərbaycana səfəri başa çatıb

 

"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak edən Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına səfəri dekabrın 18-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Albaniya Respublikasının Baş nazirini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 dekabr.- S.5.