“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 808-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilolmasını təmin etmək üçün dövlət orqanları və müəssisələri üzrə tapşırıqların minimum həddi aşağıdakı kimi müəyyən edilsin:

2. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin xərcləri dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və onlar tərəfindən həyata keçiriləcək tədbirlər üzrə aşağıdakı kimi bölüşdürülsün:

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsinə nəzarət etsin;

3.2. bu Fərmanın 2.1.8.1-ci yarımbəndində (Beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlüklə bağlı xərclər), 2.1.8.2-ci yarımbəndində (Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı xərclər), 2.1.8.3-cü yarımbəndində (Digər beynəlxalq fəaliyyət), 2.1.12.2-ci yarımbəndində (Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya), 2.10.1.3-cü yarımbəndində (“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı xərclər), 2.14.1.2-ci yarımbəndində (Dövlət büdcəsinin ehtiyat fondu), 2.14.3.5.2-ci yarımbəndində (Digər beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər) nəzərdə tutulan vəsaitin konkret tədbirlər üzrə bölgüsünü həyata keçirsin;

3.3. bu Fərmanın 2.2.5-ci yarımbəndində (Ölkənin müdafiə potensialının gücləndirilməsi ilə bağlı xərclər), 2.14.3.8-ci yarımbəndində (Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər) və 2.14.3.9-cu yarımbəndində (Dövlət maddi və material ehtiyatlarının yaradılması ilə bağlı xərclər) nəzərdə tutulan vəsaitin bölgüsünü həyata keçirsin və səmərəli istifadəsi ilə bağlı zəruri tədbirlər görsün;

3.4. bu Fərmanın 2.11.2.1-ci yarımbəndində (Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)) nəzərdə tutulan vəsaitin obyektlər və istiqamətlər üzrə bölgüsünü həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Fərmanın 2.13.1.2-ci və 2.13.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş vəsaitin istifadə istiqamətləri üzrə bölgüsünü iki ay müddətində təsdiq etsin;

3.6. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı öhdəliklərin götürülməsi mexanizminin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

 

 

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

 

4.1. 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Vergilər Nazirliyinin və  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olan vergi və ödənişlərin, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondundan daxilolmaların aylıq və rüblük bölgüsünü 15 gün müddətində həmin orqanlarla və Fondla razılaşdırıb təsdiq etsin;

 

4.2. bu Fərmanın 2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı, 2.1.9.15-ci, 2.1.9.16-cı, 2.1.9.17-ci,  2.1.9.18-ci,  2.1.10.3-cü, 2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci, 2.3.5-ci, 2.3.6-cı, 2.3.7-ci, 2.4.8-ci, 2.4.9-cu, 2.4.10-cu, 2.4.11-ci, 2.4.12-ci, 2.5.6-cı, 2.5.7-ci, 2.5.8-ci, 2.5.9-cu, 2.6.3-cü, 2.6.4-cü, 2.6.5-ci, 2.6.6-cı, 2.7.4.8.3-cü, 2.7.5-ci, 2.7.6-cı, 2.7.7-ci, 2.7.8-ci, 2.8.3.4-cü, 2.8.5-ci, 2.8.6-cı, 2.8.7-ci, 2.9.2-ci, 2.10.6-cı, 2.10.7-ci, 2.11.4-cü, 2.12.3-cü, 2.12.4-cü, 2.13.4-cü, 2.14.3.7-ci və 2.14.3.10-cu yarımbəndlərində nəzərdə tutulan vəsaitin bölgüsünü həyata keçirsin və  maliyyələşdirilməsini təmin etsin;

4.3. bu Fərmanın 2.1.8.1-ci yarımbəndində (Beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlüklə bağlı xərclər), 2.1.8.2-ci yarımbəndində (Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı xərclər), 2.1.8.3-cü yarımbəndində (Digər beynəlxalq fəaliyyət), 2.1.12.2-ci yarımbəndində (Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya), 2.14.3.5.2-ci yarımbəndində (Digər beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər)  nəzərdə tutulan vəsaitin bölgüsü bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq həyata keçirildikdən sonra il ərzində zərurət yarandıqda həmin vəsaitin daha çevik idarə edilməsi məqsədilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə uyğun olaraq müvafiq tədbirlər görsün;

4.4. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci, 13-cü, 14-cü və 15-ci maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini, habelə bu Fərmanın 2.1.11-ci yarımbəndində (Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər) nəzərdə tutulan xərclərin bölgüsünü və maliyyələşdirilməsini təmin etsin;

4.5. bu Fərmanın 2.1.7-ci, 2.1.9.19-cu, 2.2.9-cu, 2.3.8-ci, 2.4.13-cü, 2.5.10-cu, 2.7.9-cu, 2.10.8-ci, 2.14.3.6-cı yarımbəndlərində nəzərdə tutulan vəsaitin (dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) aidiyyəti təşkilatlar üzrə bölgüsünü üç ay müddətində həyata keçirsin;

4.6. 2014-cü il və növbəti illərdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dərman vasitələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları üçün nəzarət markalarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmasını və həmin orqanlara verilməsini təmin etsin;

4.7. xarici və yerli valyuta nominallı dövlət istiqrazlarının məbləğini, dövriyyədə olma müddətini və digər parametrlərini müəyyən edərək onların emissiyası, daxili və beynəlxalq maliyyə bazarında yerləşdirilməsi üçün tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, bu Fərmanın 2.14.3.5.1-ci yarımbəndində (Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclər) nəzərdə tutulan vəsaitin bölgüsünü bir ay müddətində həyata keçirsin.

6. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 2.11.2.2-ci yarımbəndində (Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlərlə bağlı xərclər) nəzərdə tutulan vəsaitin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bölgüsünü həyata keçirsin və maliyyələşdirilməsini təmin etsin.

7. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, bu Fərmanın 2.7.4.8.1-ci yarımbəndində (Qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımı) mərkəzləşdirilmlş xərclərdə nəzərdə tutulan vəsaitin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aidiyyəti təşkilatlar arasında bölgüsünü həyata keçirsin və  maliyyələşdirilməsini təmin etsin.

8. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən geoloji-kəşfiyyat, torpaq islahatı, xəritəçəkmə, şəhərsalma və ərazilərin minalardan təmizlənməsi işlərinin dövlət sifarişi kimi təsdiq olunması üçün təkliflərini iki ay müddətində hazırlayıb,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, ölkənin rayon və şəhərləri üzrə müəyyən olunmuş vergi daxilolmalarının aylıq proqnozunun  icrasının təmin edilməsi üçün tədbirlər görsün və görülmüş işlər barədə hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.

10. Müəyyən edilsin ki, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 11-ci maddəsində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

11. “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında”  Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 dekabr tarixli 760 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 12, maddə 1234) 10.1.-ci bəndində “, Maliyyə Nazirliyi” sözlərindən sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,” sözləri əlavə edilsin.

12. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

  İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2013-cü il

Azərbaycan $g 2013.- 20 dekabr.- S.5-7.