Azərbaycan Respublikası Dövlət Sosial

 Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 Maddə 1. Büdcənin ümumi göstəriciləri

 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin gəlirləri 2 928 452 000,0 manat, xərcləri 2 928 452 000,0 manat məbləğində təsdiq edilir.

   Maddə 2. Gəlirlər 

Müəyyən edilsin ki, 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Maddə 3. Xərclər

 

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Maddə 4. Borcların ödənişi

 

  Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.

 

              Maddə 5. Qalıqlardan istifadə

 

 

 

 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

 

     

Maddə 6. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların  tənzimlənməsi

 

 

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.

 

 

Maddə 7. Qanunun qüvvəyə minməsi

Bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 22 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 20 dekabr.- S.8.