İlham Əliyev növbəti möhtəşəm tarix yazdı

 

Rauf MƏRDİYEV: "Şahdəniz - 2" ilə Azərbaycan Avropaya yeni qaz dəhlizi açır"

 

 

Dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirildi. Azərbaycanın regionda həyata keçirdiyi ən böyük layihələrdən biri hesab olunan "Şahdəniz-2" Avropadünyaya səs saldı. Azərbaycanın yeni tarixi bir uğura imza atması ölkədə yüksək dəyərləndirildi.

Bu məsələyə münasibət bildirən iqtisadçılar, politoloqlar və həmçinin ölkə gəncləri hesab edirlər ki, layihə Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-AnadoluTrans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır.

"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev hesab edir ki, Prezident İlham Əliyevin uğurlu enerji siyasəti dekabrın 17-də Azərbaycan üçün tarixi əhəmiyyətli müqavilənin imzalanması ilə nəticələndi. Bir çoxları bu müqaviləni "Əsrin müqaviləsi - 2" adlandırır. Qəribə səslənsə də, Azərbaycan 1994-cü ildəki vəziyyəti xatırladır. Sadəcə, indi Azərbaycan daha güclüdür, müstəqildir və oyunun qaydalarını bir çox hallarda məhz bu amil müəyyən edir. Onun fikrincə, ulu öndər Heydər Əliyevin bizə ən böyük mirası müstəqil Azərbaycandır. Azərbaycanın müstəqil və güclü ola bilməsinin kökündə ulu öndərin müəllifi olduğu yeni neft strategiyası dayanır. Məhz ümummilli liderin  zəkasının məhsulu olan neft strategiyası Azərbaycanın sonrakı taleyini həll etdi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Qərb şirkətləri ilə neft yataqlarının işlənməsinə başladı. Bunlar hamısı uzaqgörənlik və cəsarət tələb edən addımlar idibu mərhələləri uğurla keçən Azərbaycan regionun ən güclü dövlətinə çevrildi: "Əsrin müqaviləsi" qarşılığında əldə etdiklərimiz Azərbaycanı bu yüksəlişə gətirdi və "Şahdəniz-2" müqaviləsi ilə Azərbaycan eyni qazancı ikinci dəfə əldə etmək şansı qazanır. "Şahdəniz-2" investisiya qərarının imzalanması ilə Azərbaycan daha bir tarixi gün yaşadı. Bu, yalnız iqtisadi deyil, eyni zamanda, siyasibütün digər sahələrdə yüksəlişin əldə olunmasını təmin edəcək bir şansdır".

R.Mərdiyevin sözlərinə görə, "Şahdəniz" və "Abşeron" yataqlarının kəşfi ilə Azərbaycan dünyanın qaz ehtiyatları ilə zəngin 27-ci ölkəsi olub. Bu yataqların işlənməsi indiyə kimi neft ixracatçısı olan Azərbaycanı eyni zamanda qaz ixtacatçısına çevirdi. Prezident İlham Əliyevin dediyi kimi, "biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq. Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir". "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcək: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən tariximizin növbəti möhtəşəm səhifəsi yazıldı. Dövlət başçısı haqlı olaraq bildirdi ki, Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaradıb. Müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idisə, bu gün özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir". R.Mərdiyevin fikrincə, qaz potensialı zəngin olan Azərbaycanı hələ qarşıda daha böyük uğurlar gözləyir.

 

 

 

R.BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 20 dekabr.- S.13.