«Şahdəniz» niyə TAP-ı seçdi

 

Bu seçim 8 əsas şərtə əsaslanır

 

 

1996-cı ildən, yəni "Şahdəniz" qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi imzalanandan üzübəri layihə müvəffəqiyyətlə irəliləyir. Başa çatmaqda olan 2013-cü il isə "Şahdəniz"in salnaməsinə daha uğurlu, şanlı səhifələr yazdı. İlin ortalarında "Şahdəniz" konsorsiumu çoxdan götür-qoy etdiyi, öyrəndiyi, ətrafında danışıqlar apardığı bir məsələni başa çatdırdı. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qazın Avropa bazarlarına hansı kəmərlə çatdırılacağını elan etdi.

Prezident İlham Əliyev TAP-ı belə səciyyələndirir: "Enerji siyasətində çox önəmli hadisələr baş vermişdir. Bu il Trans-Adriatik qaz kəməri layihəsinə start verilmişdir. Bu layihənin icrası tarixi məsələ olacaqdır. Keçən il Türkiyə ilə Azərbaycan arasında TANAP layihəsinin imzalanması bu imkanları yaratdı və bütün qapılar açıldı. Bu gün Azərbaycanın təbii resurslarının Avropadünya bazarlarına çıxarılması üçün yeni imkanlar yaranır. Trans-Adriatik Boru Kəməri - TAP hesab edirəm ki, tarixi layihə olacaqdır və Azərbaycana imkan verəcəkdir ki, onilliklər bundan sonra da öz təbii resurslarını əmniyyətli yollarla dünyaAvropa bazarlarına çıxarsın".

Azərbaycan qazını Avropaya nəql etməkdə 4 kəmər iddialı idi. Belə ki, 2011-ci ildə Avropa şirkətlərindən ibarət 4 konsorsium bu niyyətdə olduğunu bildirmişdi. Hər biriöz imkanlarını və şərtlərini təqdim etmişdi.

Bunlardan biri İTGİ layihəsi idi ki, onun da təşəbbüsünü Yunanıstanın DEPA, İtaliyanın "Edison" və Türkiyənin BOTAŞ şirkətləri irəli sürmüşdülər. Bu kəmər Azərbaycan qazını Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə aparmaq, sonra da Bolqarıstana, Rumıniyaya, Serbiyaya yol açmaq niyyətində olduğunu bildirmişdi.

Təqdim olunan variantlardan biri TAP - Trans-Adriatik Boru Kəməri idi. TAP başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürməyi, Albaniyadan Adriatik dənizindən keçərək İtaliyaya çatmağı, getdikcə öz gücünü artırmağı planlaşdırmışdı. Əsas bazar kimi isə İtaliyanı seçmişdi.

"Şahdəniz" qazını ixrac etmək uğrunda SEEP mübarizə aparırdı. SEEP Cənub-Şərqi Avropa Boru Kəməri deməkdir. Bu kəmər Türkiyəyə, Bolqarıstana, Rumıniyaya, Macarıstana, Serbiya Xorvatiyaya qazı mövcud olan boru xətləri ilə daşımağı nəzərdə tuturdu.

"Nabukko" da Azərbaycan qazını Avropaya daşımaqda israrlı idi. Bu layihədə Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Türkiyənin BOTAŞ Almaniyanın RWE şirkətləri konsorsium yaratmışdılar. "Nabukko"nun niyyəti qazı Azərbaycan, Gürcüstan Türkiyədən sonra Bolqarıstan, Macarıstan, Rumıniya marşrutu ilə aparmaq Avstriyanın Baumqarten məntəqəsinə qədər çatdırmaq idi.

Azərbaycan qazını Avropaya aparacaq kəmərin seçimi bir neçə mərhələdə, yüksək tələb şərtlərlə, necə deyərlər, "yüz ölçüb, bir biçmək" meyarı ilə aparılırdı. Son mərhələdə "Şahdəniz" konsorsiumu iki kəmərdən birini seçməli idi. Beləliklə, "Şahdəniz" qazını hansı kəmər daşıyacaqdı: "Nabukko", yoxsa TAP? Qalib gələn TAP oldu.

Başqa sözlə, TAP intensiv qiymətləndirmə prosesi nəticəsində seçildi. Bu qiymətləndirmə zamanı "Şahdəniz" konsorsiumu əvvəlcədən elan edilmiş seçim meyarlarını rəhbər tutdu. Alternativ ixrac marşrutlarına həmin meyarlar əsasında qiymət verildi. Beləliklə, Trans-Adriatik Qaz Boru Kəməri 8 şərtə görə üstünlük qazandı. Bunlardan birincisi onun kommersiya səmərəliliyidir. İkinci, üçüncü dördüncü əsas şərtlər layihənin icra mümkünlüyü, həmçinin maliyyə baxımından icra mümkünlüyü texniki layihələndirmədir. Daha bir vacib məsələ kimi tənzimləmə şəffaflıq götürüldü. Altıncı amil kəmərin təhlükəsizliyi səmərəli istismarının mümkünlüyüdür. TAP eləcə genişləndirmə imkanlarına görə digər kəmərlərdən fərqlənir. Nəhayət, qiymətləndirmə zamanı ictimai maraqlarla bağlı amillər nəzərə alındı.    

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətinin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qordon Birrell "Şahdəniz-2"dən hasil olunacaq qazın nəqli üçün İtaliya Cənub-Şərqi Avropa bazarlarının seçilməsini gələcək inkişaf istiqamətində mühüm addım kimi qiymətləndirir: "Biz çox şadıq ki, boru kəmərinin seçilməsinin hərtərəfli rəqabətə əsaslı prosesi  müvəffəqiyyətlə yekunlaşdı indi Cənub Qaz Dəhlizini irəli apara bilərik. Bu qazı ilk dəfə olaraq Xəzər dənizindən birbaşa Avropaya nəql edəcək".

TAP-da Azərbaycanın neft-qaz layihələrində aparıcı şirkətlər olan ARDNŞ, BP "Statoyl" hər biri  20 faizlik payla iştirak edir. Qalan iştirak paylarını "Fluxys" (16 faiz), "Total" (10 faiz), E.ON (9 faiz) "Axpo" (5 faiz) bölüşdürürlər.

TAP-ın seçilməsi ardınca xoş müjdələr gətirdi. Azərbaycan qazını Avropaya daşıyacaq kəmərin məhz TAP olduğu elan ediləndən təxminən üç ay sonra mavi yanacağın alıcıları ilə sazişlər imzalandı. Bunlar Avropa ölkələrindən 9 tanınmış şirkətlərdir: "Axpo Trading AG", "Bulgargaz EAD", "DEPA Public Gas Corporation of Greece S.A.", "Enel Trade SpA", "E.ON Global Commodities SE", "Gas Natural Aprovisionamientos SDG S.A.", "GDF SUEZ S.A.", "Hera Trading srl" "Sheel Energy Europe Limited".

Daha üç ay sonra, yəni bir neçə gün bundan əvvəl isə "Şahdəniz"in ikinci mərhələsinin işlənməsi üçün yekun sərmayə qərarı verildi.

Lakin Azərbaycanın qaz ehtiyatları yalnız "Şahdəniz"lə məhdudlaşmır. ARDNŞ-nin heç bir xarici şirkətin köməyi olmadan kəşf etdiyi işlədiyi "Ümid" yatağı məhsul verir. Azərbaycanın BP ilə tərəfdaşlıq etdiyi "Şəfəq-Asiman"da, "Total"la birgə işlədiyi "Abşeron"da hələ qədər mavi yanacaq ehtiyatları var! "Azəri-Çıraq-Günəşli"nin dərin qatlarında olan, "Babək"in digər perspektiv strukturların vəd etdiyi qaz yurdumuza təbiətin  səxavətlə verdiyi xəzinənin tükənməz olduğunu söyləyir.

TAP elə bir kəmərdir ki, gələcəkdə bu mənbələrdən alınacaq yanacağı da nəql etmək gücündə olacaq. Seçim zamanı məhz bu amil diqqətlə nəzərə alınıb.

Azərbaycan dövlətinin apardığı düzgün məqsədyönlü xarici iqtisadi  siyasət karbohidrogen ehtiyatlarının  hələ neçə müddət bundan sonra da xalqın rifahına xidmət edəcəyinə yönəldilib. Prezident İlham Əliyevin dediyi kimi: "Bu yaxınlarda "Şahdəniz-2" layihəsinin fəaliyyəti ilə bağlı qaz kontraktları da imzalanmışdır. Bizim tərəfdaşlarımız, ixrac istiqamətlərimiz artıq müəyyən edilib. Enerji siyasətində biz yolumuzdan dönməmişik, öz siyasətimizi aparmışıq. Elə bir vəziyyət yaratmışıq ki, bu layihələr Azərbaycan xalqına bundan sonra ən azı 100 il xidmət edəcəkdir. Bax, bizim gələcəyə baxışlarımız bundan ibarətdir. Biz 30 il, 50 il, 100 il bundan qabağa baxmalıyıq".

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2013.- 22 dekabr.- S.1.