Azərbaycan Respublikasının Mülki Məcəlləsində

 dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, I kitab, maddə 250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415,

 

¹ 10, maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007,

 

¹ 2, maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr 265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə 750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə 403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15) aşağıdakı dəyişikliklər edilsin:

 

1.  aşağıdakı məzmunda 62.1-2-ci maddə əlavə edilsin:

 

"62.1-2. Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.";

 

2.   144.3-cü və 146.4-cü maddələrin ikinci cümlələrində "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin;

 

3. 884-cü maddə üzrə:

 

3.1.  884.1-ci maddədə "qanunvericiliklə" sözü "qanunla" sözü ilə əvəz edilsin;

 

3.2.  884.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

"884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.";

 

3.3. 884.6-cı maddənin birinci cümləsində "qanunvericiliyinə" sözü "qanunlarına" sözü ilə, "ödənişini almaq hüququ" sözləri "ödənişi verilməli" sözləri ilə əvəz edilsin;

 

3.4. aşağıdakı məzmunda 884.6-1-ci və 884.6-2-ci maddələr əlavə edilsin:

 

"884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərərdəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır.

 

884.6-2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərərdəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır.";

 

4.  885.2-ci maddədə "sığorta qanunvericiliyində" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində" sözləri ilə əvəz edilsin;

 

5.  886.2-ci maddədə "qanunla" sözü çıxarılsın, "qanunvericiliklə" sözü "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda" sözləri ilə əvəz edilsin;

 

6.  889-cu maddə üzrə:

 

6.1.  889.1-ci maddədə "sığortalının" sözü "şəxsin" sözü ilə əvəz edilsin;

 

6.2. 889.2-ci maddənin birinci cümləsində "qanunvericiliklə və ya qanunvericiliyə uyğun olaraq bağlanmış" sözləri "qanunlaya" sözləri ilə, ikinci cümləsində "Sığortalı ilə" sözləri "Şəxslə" sözü ilə əvəz edilsin;

 

6.3.  889.7-ci maddədə "Sığorta" sözü "Əmlak sığortası üzrə sığorta" sözləri ilə əvəz edilsin;

 

7.  890.1-ci maddədən "sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada" sözləri çıxarılsın;

 

8.  895.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"895.1. Sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə əmlakın eyni risklərdən ikiya daha çox sığortaçıda sığortalanması halında (ikiliya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.";

 

9.  896-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

"896.1. Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.

 

896.2. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir.

 

896.3. Bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta hadisəsinin baş verdiyi zaman, sığorta təminatı qismən sığorta kimi qiymətləndirilə bilməz.";

 

10.  897-ci maddə üzrə:

 

10.1. 897.1-ci maddədə "qanunvericiliklə" sözü "icbari sığorta qanunları ilə" sözləri ilə əvəz edilsin;

 

10.2.  897.2-ci maddədə "Qanunvericiliyə uyğun olaraq, xeyrinə" sözləri "Xeyrinə" sözü ilə əvəz edilsin;

 

10.3. 897.3-cü maddədə "Qanunvericiliklə" sözü "İcbari sığorta qanunları ilə" sözləri ilə, "qanunvericiliklə" sözü birinci halda "həmin qanunlarda" sözləri ilə əvəz edilsin, ikinci halda isə çıxarılsın;

 

10.4. aşağıdakı məzmunda 897.4-cü maddə əlavə edilsin:

 

"897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.";

 

11.  898-ci maddə üzrə:

 

11.1. 898.1-ci maddədə "qanunvericiliyində" sözü "qanunlarında" sözü ilə əvəz edilsin;

 

11.2. 898.2-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

 

"Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.";

 

11.3. 898.3-cü maddədə " zərər məbləğindən azadolma məbləği çıxılmır" sözləri "və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir" sözləri ilə əvəz edilsin;

 

11.4. 898.4-cü maddədə "zərər məbləğindən çıxılır" sözləri "tətbiq edilir" sözləri ilə əvəz edilsin;

 

12.  899-cu maddə üzrə:

 

12.1. 899.1-ci maddədə "formada aşağıdakı kimi" sözləri "olaraq aşağıdakı hər hansı bir formada" sözləri ilə əvəz edilsin;

 

12.2. aşağıdakı məzmunda 899.1-1-ci maddə əlavə edilsin:

 

"899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər.";

 

12.3. 899.1.3-cü maddədə "qanunvericiliyində" sözü "qanunlarında" sözü ilə əvəz edilsin;

 

13.  900-cü maddə üzrə:

 

13.1.  900.1.14-cü maddədən ", qanunvericiliyə zidd olmayan" sözləri çıxarılsın;

 

13.2.  900.2-ci maddədə "qanunvericiliyi" sözü "qanunları" sözü ilə əvəz edilsin;

 

14.  901-ci maddə üzrə:

 

14.1. 901.1-ci maddənin birinci cümləsində "Qanunvericilikdə" sözü "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

 

14.2.  901.3-cü maddədə "icbari sığorta qanunvericiliyində" sözləri "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

 

15.  903-cü maddə üzrə:

 

15.1.  903.2-ci maddədə "qanunvericiliyi" sözü "qanunları" sözü ilə əvəz edilsin;

 

15.2. 903.3-cü maddədə "Qanunvericilikdə" sözü "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

 

15.3. aşağıdakı məzmunda 903.7-ci maddə əlavə edilsin:

 

"903.7. Elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.";

 

16. 904.2-ci maddədə "qanunvericiliklə və ya" sözləri "icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə" sözləri ilə əvəz edilsin;

 

17.  906-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

"906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.

 

906.2. Bu Məcəllənin 919.1.1-919.1.8-ci maddələrində nəzərdə tutulmuş hər hansı hal baş verdikdə, həmin halın baş verdiyi andan, bu Məcəllənin 919.1.9-cu maddəsində nəzərdə tutulmuş halda isə bu Məcəllənin 920.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq müddətin sonuncu gününün bitməsi anından sığorta müqaviləsi üzrə sığorta təminatı başa çatmış hesab edilir.";

 

18.  907-ci maddə üzrə:

 

18.1.  907.1-ci maddədə "Sığorta qanunvericiliyi" sözləri "İcbari sığorta qanunları" sözləri ilə əvəz edilsin;

 

18.2.  907.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"907.2. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.";

 

18.3.  907.3-cü maddədə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində" sözləri ilə əvəz edilsin;

 

19.  908.1.4-cü maddədən "qanunvericiliklə" sözü çıxarılsın;

 

20.  909-cu maddə üzrə:

 

20.1.  909.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girovlizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər.";

 

20.2.  909.3-cü maddədə "şəxsi" sözündən sonra "(şəxsləri)" sözü əlavə edilsin;

 

21. 911.2-ci maddədə "və sığortaçının" sözləri ", habelə sığortaçının yazılı surətdə tələb etdiyi və" sözləri ilə əvəz edilsin;

 

22.  912-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

"912.1. Sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir.

 

912.2. Girovlizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sonradan meydana çıxan dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat vermək həmin dəyişikliklərdən xəbərdar olan girovsaxlayanya lizinqverənin vəzifəsidir.

 

912.3. Sığortaçının adından çıxış edən sığorta vasitəçisinin bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan hər hansı dəyişiklik barədə məlumatlandırılması sığortaçının məlumatlandırılması hesab edilir.";

 

23. 913-cü maddədə "Sığortaçı" sözü "Sığorta müqaviləsi bağlanarkən sığortaçı" sözləri ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

"Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.";

 

24.  914.1-ci və 914.2-ci maddələrdə "sığorta qanunvericiliyinin" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin" sözləri ilə əvəz edilsin;

 

25.  915-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

"Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.";

 

26.  916.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"916.2. Bu Məcəllənin 916.1.5-ci maddəsində nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər sığorta müqaviləsində razılaşdırılmaqla sığorta təminatına daxil edilə bilər.";

 

27.  919-cu maddə üzrə:

 

27.1. 919.1.2.1-ci maddədə "mülki qanunvericiliklə" sözləri "bu Məcəllə ilə" sözləri ilə əvəz edilsin;

 

27.2. 919.1.2.2-ci maddədə "qanunvericilikdə" sözü "icbari sığorta qanunlarında" sözləri ilə əvəz edilsin;

 

27.3.  919.1.2.4-cü maddədən "qanunvericiliyə uyğun olaraq" sözləri çıxarılsın;

 

27.4. 919.1.4-cü maddədə "icbari sığorta qanunvericiliyində" sözləri "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə, "dəyişdirilə bilər" sözləri "dəyişdirilir" sözü ilə əvəz edilsin;

 

27.5. 919.1.6-cı maddədə "öhdəliklərini" sözündən sonra "tam olaraq" sözləri əlavə edilsin;

 

27.6. 919.1.7-ci maddədə "qanunvericilikdə və" sözləri "icbari sığorta qanunlarında və ya" sözləri ilə əvəz edilsin;

 

27.7.  919.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 919.1.9-cu maddə əlavə edilsin:

 

"919.1.9. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.";

 

28.  920-ci maddə üzrə:

 

28.1. 920.1-ci maddədə "yarandıqda" sözündən sonra "bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla" sözləri əlavə edilsin;

 

28.2. 920.2-ci maddədə "Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə" sözləri "Sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq" sözləri ilə əvəz edilsin;

 

29.  921-ci maddə üzrə:

 

29.1. 921.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"921.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.";

 

29.2. 921.2-ci maddədən "həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla" sözləri çıxarılsın və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

"Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.";

 

29.3.  921.4-cü maddədən "sığortaçı tərəfindən sığortalıya" sözləri çıxarılsın;

 

30.  922-ci maddə üzrə:

 

30.1. 922.1-ci maddədə "qanunvericiliyə" sözü "icbari sığorta qanunlarına" sözləri ilə əvəz edilsin;

 

30.2. 922.2-ci maddədə "qanunvericiliyində" sözü "qanunlarında" sözü ilə əvəz edilsin;

 

31. 923.1-ci maddənin birinci cümləsindən "qanunvericiliyə uyğun olaraq" sözləri və ikinci cümləsi çıxarılsın;

 

32.  924-cü maddə üzrə:

 

32.1.  924.2-ci maddədən "qanunvericiliyə uyğun olaraq" sözləri çıxarılsın;

 

32.2.  924.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

"924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.";

 

33.  925-ci maddə üzrə:

 

33.1. 925.1-ci maddədə "əsasında" sözündən sonra "mümkün olan ən qısa müddət ərzində" sözləri əlavə edilsin;

 

33.2. 925.2-ci maddədə "sığorta qanunvericiliyinin tələblərini" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini" sözləri ilə əvəz edilsin, "nəzərə almaqla" sözlərindən sonra "nümayəndəsi kimi" sözləri əlavə edilsin;

 

33.3. 925.3-cü maddədə "sığorta qanunvericiliyinin tələbləri" sözləri "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi" sözləri ilə əvəz edilsin;

 

33.4. aşağıdakı məzmunda 925.6-cı maddə əlavə edilsin:

 

"925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür.";

 

34.  926-cı maddə üzrə:

 

34.1. 926.1-ci maddədə "qanunvericiliyə, həmçinin" sözləri "icbari sığorta qanunlarına və ya" sözləri ilə əvəz edilsin;

 

34.2.  926.3-cü maddədə "qanunvericiliyi" sözü "qanunları" sözü ilə əvəz edilsin, "müvafiq sığorta qaydalarına əsasən bağlanan" sözləri çıxarılsın;

 

34.3. aşağıdakı məzmunda 926.4-cü maddə əlavə edilsin:

 

"926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır.";

 

35.  927-ci maddə üzrə:

 

35.1. 927.2-ci maddədə "aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər" sözləri "bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir)" sözləri ilə əvəz edilsin;

 

35.2.  927.3-cü maddədə "Girov" sözü "Bu Məcəllənin 927.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, girov" sözləri ilə əvəz edilsin;

 

35.3. aşağıdakı məzmunda 927.4-cü və 927.5-ci maddələr əlavə edilsin:

 

"927.4. Əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, sığorta ödənişinin bu Məcəllənin 927.2.3-cü və 927.2.4-cü maddələrində nəzərdə tutulmuş formaları tətbiq edilir. Sığorta ödənişinin bu Məcəllənin 927.2.1-ci və 927.2.2-ci maddələrində nəzərdə tutulmuş formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir.

 

927.5. Girov qoyulan əmlakın tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var.";

 

36.  928-ci maddədə "qanunvericilikdə" sözü "icbari sığorta qanunlarında" sözləri ilə əvəz edilsin;

 

37.  930.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"930.1. İcbari sığorta qanunlarında və ya sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, lakin sığorta müqaviləsi üzrə təminat qismən sığorta təminatı sayılmır. İcbari sığorta qanunlarında başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.";

 

38.  932-ci maddə ləğv edilsin;

 

39.  933-cü maddə üzrə:

 

39.1. 933.1-ci maddədə "aşağıdakılara əsasən" sözləri "aşağıdakılardan hər birinin mövcud olduğu halda" sözləri ilə əvəz edilsin;

 

39.2.  933.1.1-ci maddədən "sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə" sözləri çıxarılsın;

 

39.3.  933.1.2-ci maddədən "qanunvericiliyə uyğun olaraq," sözləri çıxarılsın;

 

39.4.  933.1.3-cü maddədə "qanunvericilikdə" sözü "icbari sığorta qanunlarında" sözləri ilə əvəz edilsin;

 

39.5. aşağıdakı məzmunda 933.3-cü maddə əlavə edilsin:

 

"933.3. " "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər.";

 

40.  934-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 934. Sığorta ödənişinin verilməsi

 

934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunanaya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

 

934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.";

 

41.  935-ci maddə üzrə:

 

41.1.  935.1-ci maddədə "Sığortaçı" sözü "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı" sözləri ilə əvəz edilsin;

 

41.2.  935.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;";

 

41.3.  935.1.2-ci maddədə "qanunvericilikdə" sözü "bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində" sözləri ilə, "sığorta hadisəsinin" sözləri "müvafiq hadisənin" sözləri ilə, "sığorta hadisəsi" sözləri "hadisə" sözü ilə əvəz edilsin;

 

41.4.  935.1.3-cü maddədə "qanunla" sözü "icbari sığorta qanunları ilə" sözləri ilə əvəz edilsin;

 

41.5.  935.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"935.1.5. zərərdəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tamya qismən məhrum etməsi;";

 

41.6. 935.1.8-ci maddədə "qanunvericiliyə" sözü "icbari sığorta qanunlarına" sözləri ilə əvəz edilsin;

 

41.7.  935.1.9-cu və 935.1.10-cu maddələr aşağıdakı redaksiyada verilsin:

 

"935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;

 

935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda.";

 

41.8. 935.2-ci maddədə "olmadıqda," sözündən sonra "habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda" sözləri, "verilməsi" sözündən sonra "və ya tələb olunan məlumatın verilməməsi" sözləri əlavə edilsin;

 

41.9. aşağıdakı məzmunda 935.3-cü və 935.4-cü maddələr əlavə edilsin:

 

"935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tamya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.

 

935.4. Bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.";

 

42.  936-cı maddə üzrə:

 

42.1.  936.1-ci maddədən "üçüncü" sözü çıxarılsın;

 

42.2.  936.5-ci maddədən "qanunvericiliyə əsasən" sözləri çıxarılsın;

 

43.  937-ci maddə üzrə:

 

43.1. 937.2-ci maddədə "xidmətlərindən" sözündən sonra "tapşırıq müqaviləsi bağlamaqla" sözləri əlavə edilsin;

 

43.2. aşağıdakı məzmunda 937.2-1-ci maddə əlavə edilsin:

 

"937.2-1. Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır:

 

937.2-1.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi;

 

937.2-1.2. sığortaçının adı və ünvanı;

 

937.2-1.3. sığorta agenti fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i;

 

937.2-1.4. sığorta agenti hüquqi şəxs olduqda onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, sığorta agenti lisenziyasına malik olan işçisinin adı, soyadı və atasının adı;

 

937.2-1.5. tapşırıq müqaviləsinin predmeti;

 

937.2-1.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı;

 

937.2-1.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği;

 

937.2-1.8. tərəflərin hüquq və vəzifələri;

 

937.2-1.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti;

 

937.2-1.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi;

 

937.2-1.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət;

 

937.2-1.12. tərəflərin rekvizitləri.";

 

43.3.  937.3-cü maddədə "əməliyyatlarında" sözündən sonra "tapşırıq müqaviləsi əsasında" sözləri əlavə edilsin;

 

44. aşağıdakı məzmunda 938.4-cü maddə əlavə edilsin:

 

"938.4. Bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan hər hansı dəyişiklik barədə məlumatlandırılmış sığorta vasitəçisi həmin məlumatı aldığı tarixdən 1 gün müddətində sığortaçıya çatdırmalıdır.";

 

45. aşağıdakı məzmunda 938-1-ci maddə əlavə edilsin:

 

"Maddə 938-1. Sığorta vasitəçisinin sığorta müqaviləsinin bağlanmasından  əvvəl sığortalıya açıqlamalı olduğu məlumatlar

 

938-1.0. Sığorta vasitəçiliyi ilə bağlanan hər bir sığorta müqaviləsinin bağlanmasından, yenilənməsindən və ya ona dəyişikliklər edilməsindən əvvəl sığorta vasitəçisi sığorta etdirən şəxsi ən azı aşağıdakı məlumatlarla təmin etməlidir:

 

938-1.0.1. özünün adı və yaşayış yeri (hüquqi şəxslər üçün - olduğu yer);

 

938-1.0.2. daxil edildiyi reyestr və həmin reyestrdən onun barəsində informasiya əldə etməyin üsulları;

 

938-1.0.3. sığorta müqaviləsinin tərəfi kimi təklif edilən sığortaçı ilə səhmdar, əlaqəli şəxs və ya asılı cəmiyyət münasibətlərində olub-olmaması;

 

938-1.0.4. sığorta vasitəçilərindən şikayət vermək hüququproseduru, həmçinin şikayətin üsulları və təqdim etmə vasitələri;

 

938-1.0.5. sığorta vasitəçiliyini birya bir neçə sığortaçı ilə bağladığı tapşırıq müqaviləsi üzrə öhdəlikləri əsasında (həmin sığortaçıların adı, ünvanı, sığorta bazarındakı mövqeyi barəsində obyektiv məlumat verməklə) və ya belə bir müqavilə olmadan həyata keçirməsi;

 

938-1.0.6. sığorta etdirənin tələbinə və ehtiyacına uyğun olan sığorta növləri əsasında verilən təminatlar.";

 

46.  941-ci maddə üzrə:

 

46.1. 941.4-cü maddədə "kimi müəyyən edilən" sözləri "formasında," sözü ilə əvəz edilsin;

 

46.2. 941.6-cı maddədə "komissiyaya" sözləri "komisyon" sözü ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 22 dekabr.- S.4.