Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Əziz dostum!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə mətinlik, sevgi, müdriklik, möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər diləyirəm.

Eyni zamanda, Yeni ildə ən xoş arzularımı qəbul edin. Sizin istəklərinizin, arzularınızın və diləklərinizin çin olmasını, bütün niyyətlərinizin həyata keçməsini arzu edirəm.

İcazə verin, ölkələrimizin müntəzəm siyasi dialoqu və sahəvi nazirliklər arasında fəal qarşılıqlı münasibətlər sayəsində səmimi və konstruktiv xarakter daşıyan əməkdaşlıqdan ürəkdən məmnun olduğumu bildirim.

Son dövrlər ölkələrimiz arasında münasibətlər üçün xüsusilə əhəmiyyətli olmuşdur.

Hörmətli cənab Prezident, 2013-cü ildə Sizinlə şəxsən dəfələrlə görüşməyimdən, istər mənim Azərbaycanda səfərdə olduğum dövrdə Sizin qonağınız kimi, istərsə də Şərq Tərəfdaşlığının Vilnüsdə keçirilmiş sammiti çərçivəsində görüşümüzdən çox məmnunam.

Danışıqlarımızın xeyli hissəsi nəqliyyat şəbəkəsinin inkişafı məsələsinə həsr edilmişdir. Məmnunluqla vurğulamaq istəyirəm ki, bu yaxınlarda aviasiya sahəsində ciddi irəliləyişə nail olmuşuq. Dekabr ayında Riqa aeroportunda Azərbaycan logistika mərkəzi yaradılması barədə Bakıda müqavilə imzalanmışdır.

Cənab Prezident, səmərəli əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verərək Latviya ilə Azərbaycan arasında münasibətlərin formalaşmasına şəxsi töhfənizə görə Sizə bir daha təşəkkür etmək istərdim. Çox ümid edirəm ki, yaxın vaxtlarda imkan tapıb Latviyaya səfərə gələcəksiniz.

Sizə dərin hörmətimə əmin olun. İcazə verin, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edim və ən xoş arzularımı bildirim.

Dərin hörmətlə,

 

 

 

Andris BERZİNŞ,

Latviya Respublikasının Prezidenti

Azərbaycan.-2013.- 24 dekabr.- S.1.