Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

İcazə verin, doğum gününüz münasibətilə Sizi "LUKoyl" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində coşqun yaradıcı fəaliyyətiniz sayəsində öz həmvətənlərinizin dərin hörmətini, həmkarlarınızın və tərəfdaşlarınızın yüksək etimadını qazanmısınız.

Sizin rəhbərliyinizlə Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf təmin edilmiş, başqa ölkələrlə ticari-iqtisadi əməkdaşlıq genişləndirilmiş və şaxələndirilmiş, daxili bazara xarici sərmayələr cəlb edilməsi üçün əlverişli şərait yaradılmışdır.

Fürsətdən istifadə edib, Sizə "LUKoyl" ASC-nin ölkənizdə fəaliyyətini dəstəklədiyinizə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Əmin ola bilərsiniz ki, biz Azərbaycan və Rusiya xalqlarının rifahı naminə bundan sonra da Sizinlə birgə işləməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

 

 

Vahid ƏLƏKBƏROV,

"LUKoyl" ASC-nin prezidenti

Azərbaycan.-2013.- 24 dekabr.- S.4.