«Bakı. Yeni inkişaf dövrü» ikicildliyi çapdan çıxmışdır

 

"Bakı. Yeni İnkişaf dövrü" adlı  ikicildlik nəşr çapdan çıxmışdır. AzərTAc xəbər verir ki, nəşr Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı", "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı", "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı" çərçivəsində, habelə dövlət başçısının "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında", "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında", "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" və digər sərəncamlarına uyğun olaraq  Bakı şəhərində və ətraf qəsəbələrdə gerçəkləşdirilən infrastruktur layihələrinin icrası sahəsində görülən işləri əks etdirir.

Bakıda görülən işlərin, həyata keçirilən proqramların ətraflı, əhatəli və aydın şəkildə işıqlandırılmasına xidmət edən mükəmməl struktura malik bu nəşr Prezident İlham Əliyevin aşağıdakı sözləri ilə başlayır: "Bakının tarixi gözəlliyi vardır. Eyni zamanda Bakının müasir meqapolisə çevrilməsi prosesiuğurla gedir. Biz Bakını bağlar, parklar, bulvarlar şəhərinə çeviririk. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakı bizim böyük, milli sərvətimizdir.

Bizim məqsədimiz Bakının qədim simasını saxlamaqla, bütün tarixi abidələri bərpa etməklə yanaşı, müasir Bakımızın yeni simasını yaratmaq idibiz buna nail olduq. Bu gün artıq Bakının yeni simvolları, rəmzləri vardır. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Alov qüllələri, Bakı Kristal Sarayı - bunlar Bakımızın yeni simvollarıdır, Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir".

Nəşrin birinci cildinin əvvəlində Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair konfrans və müşavirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri verilmiş, yerlərdəki vəziyyəti, əhalinin narahat edən problemləri öyrənmək, görülən işləri yerindəcə yoxlamaq məqsədilə dövlət  başçısının paytaxtın qəsəbə və kəndlərində keçirdiyi görüşlərdən maraqlı şəkillər dərc edilmişdir.

Birinci cildə daxil edilmiş  "Yollar, körpülər, tunellər",  "Piyada keçidləri", "İstehsalat və təsərrüfat müəssisələri", "İnzibati və yaşayış binaları", "Parklar, bağlar və abidələr" adlı bölmələrdə, ikinci cilddə verilmiş "Tibb ocaqları", "Təlim-tərbiyə və təhsil ocaqları", "İbadətgahlar, ziyarətgahlar", "Mədəniyyət ocaqları", "Ticarət və xidmət mərkəzləri", "Otellər və istirahət mərkəzləri", "İdman qurğuları" bölmələrində  rəngarəng illüstrativ və məlumat xarakterli materiallar dərc edilmişdir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin möhkəm iqtisadi təməli yaradılmış, hərtərəfli inkişaf yolu dönməz xarakter almışdır.

Dövlət başçısı tərəfindən Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair təsdiqlənmiş Tədbirlər Planı çərçivəsində paytaxtda ən müasir standartlar səviyyəsində yeni avtomobil yolları, yol qovşaqları salınmış, çoxlu sayda yolötürücü, yeraltı və yerüstü piyada keçidləri inşa edilmiş, yol-nəqliyyat sistemi  ən müasir standartlar səviyyəsində yenidən qurulmuşdur.

 

Şəhər nəqliyyatının vacib hissəsi olan metro tikintisi intensiv şəkildə aparılmış, 2008-2011-ci illərdə üç stansiya - "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları istifadəyə verilmiş, "İçərişəhər", "28 May" və "Koroğlu" stansiyaları yenidən qurulmuşdur.

Hava nəqliyyatının inkişafı sahəsində görülən işlər nəticəsində "Azərbaycan Hava Yolları" regionun nəhəng aviaşirkətinə çevrilmişdirbu gün MDB-də yeni avialaynerlərin sayına görə liderlərdəndir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda əvvəlki aerovağzal əsaslı şəkildə təmir olunmuş, xarici görünüşünə, daxili dizaynına və infrastrukturun ən yüksək səviyyəsinə görə möhtəşəm və modern yeni aerovağzal binası inşa edilmişdir.

Bakıda yeni gəmiqayırma zavodunun tikilib istifadəyə verilməsi ölkənin nəqliyyat infrastrukturunun inkişafında yeni mərhələ açır. Hazırda tikintisi davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə birlikdə Azərbaycan və Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilmişdir.

Ötən dövrdə Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə qəbul olunmuş  başçılığı ilə həyata keçirilmiş ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair proqram çərçivəsində Bakıda və Abşeron yarımadasında neftlə çirklənmiş gölməçələrin qurudulması, təmizlənməsi və onların yerində parkların salınması, ağacların əkilməsi işləri yerinə yetirilmiş, Abşeron yarımadasının yaşıllaşdırılmasına başlanılmış, Xəzər dənizinin çirklənmədən qorunması üçün sutəmizləyici stansiyalar istismara verilmiş, Hövsan aerasiya stansiyası yenidən qurulmuş,  paytaxtda məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Balaxanı qəsəbəsində təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilmişdir.

Paytaxtda və şəhərətrafı qəsəbələrdə əhaliyə kommunal xidmətlərin yaxşılaşdırılması, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi sahəsində genişmiqyaslı işlər həyata keçirilmişdir.

Şəhərin və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatında böyük və əsaslı dönüş yaranmışdır. Elektrik enerjisinə olan tələbatın təmin olunması məqsədilə Bakı şəhərində modul tipli elektrik stansiyası, yarımstansiyalar  tikilib istifadəyə verilmiş,  transformatorlar təzələnmişdir.

Şəhərətrafı qəsəbələrdə yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılmış, əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində nəzərdə tutulmuş işlər yerinə yetirilmiş, qazlaşdırma prosesi uğurla həyata keçirilərək 97 faizə çatdırılmışdır.

2011-2013-cü illərə aid proqram ilə əsas infrastruktur məsələlərinin - ilk növbədə, sukanalizasiya layihələrinin həlli sahəsində işlər başa çatmaq üzrədir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində şəhər əhalisinin 70 faizi fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz olunmuş, suyun davamlı verilməsi təmin edilmişdir.  Proqrama uyğun olaraq müxtəlif diametrli 977 kilometr su və 217 kilometr kanalizasiya xətti çəkilmiş və ya təmir edilmiş, 8 ədəd su nasos stansiyası, 20 ədəd müxtəlif həcmli su anbarları tikilmişya yenidən qurulmuşdur.

 Xüsusi olaraq yaradılmış "Azəristiliktəchizat" Birliyi tərəfindən yeni evlərə, məktəblərə, digər obyektlərə istiliyin verilməsi sahəsində vəzifələr öz həllini tapmaqdadır.

Əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması sahəsində görülən tədbirlər sırasında 11 avtomat telefon stansiyası tikilmiş, 28 stansiya rekonstruksiya olunmuş, 9 poçt şöbəsi üçün bina inşa edilmiş, ADSL portları 81860 ədəd artırılmış, 128136  nömrə abunə tutumu istismara verilmişdir.

2006-2010-cu illər ərzində Bakı şəhərində 34 məktəb  tikilmiş və təmir edilmiş, maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilmişdir. 2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq təlim-tərbiyə və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər nəticəsində 174 məktəbdə, 103 uşaq bağçasında, 4 peşə məktəbində, 3 yaradıcılıq məktəbində təmir-tikinti işləri başa çatdırılmış, dövlət proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqları, yeni tədris korpusları istifadəyə verilmişdir.

2006-cı ildən bu günədək paytaxtda 29 tibb müəssisəsi - xəstəxana, poliklinikadiaqnostika mərkəzi, o cümlədən Xocasən, Əhmədli və Bülbülə qəsəbələrində poliklinika, Xocasəndə təcili tibbi yardım məntəqəsi, Zığ qəsəbəsində sağlamlıq mərkəzi, Buzovnada vərəm əleyhinə dispanserin 125 çarpayılıq yeni korpusu inşa edilmiş, 30 səhiyyə obyekti təmir edilərək müasir tibbi ləvazimat və avadanlıqla təchiz olunmuşdur.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə paytaxtda və şəhərətrafı qəsəbə və kəndlərdə uşaq bağçası-körpələr evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması, təmiri, eləcə də tarixi-mədəni abidələrimizin bərpası və qorunub saxlanması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.

Son iki ildən bir qədər çox müddətdə şəhərin ən gözəl guşələrində, Xəzərin füsunkar sahillərində "Kempinski Badamdar", "Hilton Baku", "Jumeirah Bilgah Beach Hotel" "JW Marriott Absheron", "Four Seasons Hotel Baku" və "Fairmont Baku " kimi  dünya şöhrətli otellərin istifadəyə verilməsi  paytaxta əlavə yaraşıq, gözəllik bəxş etməklə yanaşı, həm də investorların Azərbaycan iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqət və marağının ifadəsidir. Bakıda, təkcə bir şəhərdə və  qısa müddətdə dünyanın ən məşhur brendlərini təmsil edən bu 6 otelin istifadəyə verilməsi geniş mənada nadir hadisə olmaqla yanaşı, Azərbaycan kimi zəngin təbiətə malik  bir ölkədə turizmin, ölkə iqtisadiyyatının və  qeyri-neft sektorunun inkişafına mühüm töhfədir.

Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı məqsədilə Nizami rayonundakı 8-ci kilometr qəsəbəsində dünya standartlarına cavab verən yeni stadion tikilmiş, Tofiq Bəhramov adına Respublika stadionunda əsaslı təmir-bərpa işləri başa çatdırılmış, 65 min yerlik Bakı Olimpiya stadionunun təməli qoyulmuş və inşası sürətlə davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Bakının ən böyük mədəniyyət ocaqları əsaslı təmir edilmiş və yenidən qurulmuşdur.

Ötən dövrdə Şəhidlər xiyabanının memarlıq baxımından yenidən işlənməsi həyata keçirilmiş, milli-mədəni irsin mühüm tərkib hissəsi sayılan abidələr, məbədlər, məscidlər, ibadətgahlar və zəngin memarlıq nümunəsi sayıla bilən digər tikililər bərpa edilərək əvvəlki görünüşünə qaytarılmış, əsaslı şəkildə təmir edilmiş, Qala, Atəşgah, Qobustan arxeoloji-etnoqrafik muzey komplekslərinin bərpası və yenidən qurulması layihələri uğurla başa çatdırılmış, dünya mədəniyyət incisi kimi UNESCO-nun siyahısına yenidən daxil edilmiş İçərişəhərin qorunub saxlanması üçün mühüm tədbirlər həyata keçirilmişdir. Burada əsaslı və genişmiqyaslı bərpa-abadlıq  işləri həyata keçirilmişdir.

Yüz illik tarixi olan Dənizkənarı Milli Parkda genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri aparılmış, sahilboyu uzunluğu 3,5 kilometrdən 14 kilometrə çatdırılmışdır.

Burada ən qısa müddətdə inşa edilərək 2012-ci ildə qapılarını "Eurovision" mahnı müsabiqəsinə açan Bakı Kristal Sarayı bu gün Xəzər sahilinin incisi kimi paytaxta bəzəkdir.

Dənizkənarı Milli Parkda inşa edilmiş möhtəşəm Dövlət Bayrağı Meydanı, bu meydandan ucalan əzəmətli Dövlət Bayrağı xalqın qürur mənbəyi, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə və dönməzliyinə sədaqət rəmzidir. 

Bu gün müstəqil Azərbaycanın gerbinin mərkəzində dalğalanan alov təsviri paytaxtın ən füsunkar guşəsindən yüksələn nəhəng Alov qüllələrində özünün nadir memarlıq və  texnologiya həllini tapmışdır.

Ulu öndər Heydər Əliyevin müstəqillik amallarını özündə təcəssüm etdirən misilsiz  memarlıq abidəsi - Heydər Əliyev Mərkəzinin inşası müasir Azərbaycanın həyatında ən böyük hadisələrindən biridir. Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu Bakıda ucaldılan Heydər Əliyev Mərkəzi möhtəşəm görünüşü və əzəməti ilə paytaxtın simasını daha da gözəlləşdirərək, dünya memarlığının şah əsərləri sırasına daxil olmuşdur.

Vaxtilə özünün İçərişəhəri, Qız qalası, Dağüstü və Dənizkənarı parkları ilə tanınan Bakının müasir siması daha möhtəşəmdir və Azərbaycan paytaxtı bu gün haqlı olaraq dünyanın ən gözəl şəhərlərindən biri sayılır.   

Bakı şəhərində görülmüş bu işlər ikicildliyin müvafiq bölmələrində özünün dolğun, müfəssəl illüstrativinformativ əksini tapmışdır.

Nəşrin sonunda verilmiş "Əlavələr" bölməsində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş proqramlar və Tədbirlər Planı, monumental heykəltəraşlıq abidələri,  xatirə-memorial və memarlıq kompleksləri, teatr sənətinin inkişafı, məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında dövlət başçısının imzaladığı sərəncamlar verilmişdir.

Nəfis şəkildə çap olunmuş, yüksək zövqlü  bədii tərtibata və poliqrafik keyfiyyətə malik bu nəşr Azərbaycan Respublikası Prezidentinin Katibliyi tərəfindən hazırlanmışdır.

Nəşrin hazırlanmasında Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi xidmətinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuşdur.

 

Azərbaycan $g 2013.- 24 dekabr.- S.14.