Fövqəladə hallar naziri İmişlidə vətəndaşları qəbul etmişdir

 

Dekabrın 23-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İmişli şəhərində Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinlərinin qəbulunu keçirmişdir.

Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bundan əlavə, baş vermiş daşqınlarla və nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə əlaqədar 1409 vətəndaş nazir müavinləri, müvafiq baş idarə rəisləri və qurum rəhbərliyi, kadr məsələləri ilə bağlı 101 vətəndaş aidiyyəti üzrə qəbul olunmuşdur.

Həmçinin digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşların ərizələri aidiyyəti orqanlara göndərilməsi üçün qəbul edilmişdir.

 

Azərbaycan.-2013.- 24 dekabr.- S.14.