Prezidentin Mətbuat xidmətinin məlumatı

 

Dekabrın 24-də Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Ukrayna Prezidenti dövlət başçısını ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Yanukoviçə minnətdarlığını bildirmişdir.

Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, Azərbaycan Prezidentinin Ukraynaya bu ilin noyabrında həyata keçirilmiş səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunmuş, əməkdaşlığımızın bundan sonra da güclənəcəyinə əminlik bildirmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 dekabr.- S.1.