Prezidentin Mətbuat xidmətinin məlumatı

 

Dekabrın 24-də Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Süleyman Dəmirəl Prezident İlham Əliyevə ad günü münasibətilə təbriklərini çatdırmış, ona dostqardaş Azərbaycan xalqının rifahı naminə yeni-yeni uğurlar arzulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirələ minnətdarlığını bildirmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 dekabr.- S.1.