Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ali dövləti vəzifədə çalışdığınız illər ərzində sosial-iqtisadi inkişaf sahəsində qazanılmış mühüm uğurları və nailiyyətləri Sizin adınızla bağlayan Azərbaycan xalqının dərin hörmətini və etimadını qazanmısınız.

Əminəm ki, Rusiya və Azərbaycan xalqları arasında yaranmış dostluq ənənələri bundan sonra da mehriban qonşuluğun və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm təməl olacaq, xalqlarımızın bir-birinə yaxınlaşmasına və qarşılıqlı mənəvi zənginləşməsinə kömək edəcəkdir.

Sizə möhkəm cansağlığı və yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

 

 

Maqomedsalam MAQOMEDOV,

Rusiya Federasiyasının Prezidenti

 Administrasiyası rəhbərinin müavini

Azərbaycan.-2013.- 25 dekabr.- S.3.