Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycan Respublikası Sizin lider istedadınız, məqsədyönlü və yorulmaz fəaliyyətiniz sayəsində dövlət quruculuğunda, siyasiiqtisadi inkişafda, beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmlənməsində və xalqın maddi rifahının yüksəlməsində sanballı uğurlar qazanmışdır.

Siz öz ölkənizə sadiq, ona ürəkdən xidmət edən, onun çiçəklənməsinə nail olan bir lider kimi həm çoxmillətli Azərbaycanda, həm də onun hüdudlarından kənarda haqlı olaraq nüfuz qazanmısınız.

Xalqlarımız arasında ənənəvi mehriban qonşuluq münasibətlərinə Sizin diqqət və qayğınızı biz xüsusilə yüksək qiymətləndiririk. Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz bundan sonra da həmin münasibətlərin möhkəmlənməsinə və dərinləşməsinə kömək edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

Xızrı ŞIXSƏİDOV,

Rusiya Federasiyası Dağıstan Respublikası

Xalq Məclisinin Sədri

Azərbaycan.-2013.- 25 dekabr.- S.3.