Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz Azərbaycan xalqının hamılıqla qəbul edilmiş lideri kimi haqlı olaraq beynəlxalq aləmdə dərin hörmət qazanmısınız. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə fəal xarici siyasət xətti həyata keçirir, mühüm qlobalregional problemlərin həllində etibarlı tərəfdaş kimi çıxış edir.

Müstəqil Dövlətlər Birliyi ölkələrində Sizi sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına yönəlmiş konstruktiv və bərabər hüquqlu beynəlxalq əməkdaşlığın ardıcıl tərəfdarı kimi yaxşı tanıyır və yüksək qiymətləndirirlər.

Əminəm ki, dövləti və siyasi fəaliyyət sahəsində qazandığınız zəngin təcrübə bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına və Birlik məkanında inteqrasiya xarakterli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

 

 

Sergey LEBEDEV,

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib

Azərbaycan.-2013.- 25 dekabr.- S.3.