Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Azərbaycan Sizin rəhbərliyinizlə çox böyük uğurlara nail olmuşdur.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə də Sizi təbrik edirəm. Siz xalqınızın böyük etimadını qazanmısınız. Əminəm ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasında əlaqələri daha da dərinləşdirmək istiqamətində birgə səylərimizi gələcəkdə də davam etdirəcəyik.

ABŞ Konqresinin Texas ştatının Hyuston şəhərindən olan üzvü kimi qardaş şəhərimiz Bakı ilə də əlaqələrimizə xüsusi önəm verirəm. Sizin dəstəyinizlə biz regional təhlükəsizlik, o cümlədən iqtisadiyyatın, enerjinin inkişafı və şaxələndirilməsi sahələrində yeni uğurlar əldə edə bilərik.

Azərbaycana səfərim zamanı Sizinlə görüşməkdən və ölkənizin mədəniyyəti ilə tanış olmaqdan çox məmnunam. Tezliklə yenidən Azərbaycana səfər etmək arzusundayam.

Ən xoş diləklərlə,

 

 

Stiv STOKMAN,

ABŞ konqresmeni

Azərbaycan.-2013.- 25 dekabr.- S.3.