Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Xahiş edirəm, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin siyasət və dövlət xadimi təcrübənizi, həmçinin Azərbaycan Respublikasının inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi sahəsində yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin bundan sonra da qarşılıqlı maraq doğuran bütün sahələrdə yüksələn xətlə inkişaf edəcəyinə əminəm. Yüksək səviyyəli siyasi dialoqumuzun davam etməsi, ölkələrimizin və xalqlarımızın rifahı naminə iqtisadi əməkdaşlığımızın dərinləşməsi üçün Sizinlə birgə işləməyə hazıram.

Sizə möhkəm cansağlığı, rifahali dövləti vəzifənizdə daha böyük uğurlar arzu edirəm.

Cənab Prezident, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 

 

Rosen PLEVNELİEV,

Bolqarıstan Respublikasının Prezidenti

Azərbaycan.-2013.- 26 dekabr.- S.1.