Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, işgüzar fəallıq və uzun ömür arzularımı qəbul edin.

Fürsətdən istifadə edib Sizə - görkəmli siyasi xadimə və istedadlı rəhbərə ehtiramımı bildirirəm. Sizə xas olan şəksiz liderlik keyfiyyətləriniz, uzaqgörənliyiniz, öz ideyalarınızı günün reallıqları ilə uzlaşdırmaq, sağlam düşüncəni rəhbər tutmaq bacarığınız yüksək qiymətləndirilir.

Hörmətli İlham Heydər oğlu, Sizə bütün yeni layihələrinizdə uğurlar və nailiyyətlər arzulayır, həmfikirlərinizin, yaxınlarınızın və dostlarınızın həmişə Sizin yanınızda olmalarını diləyirəm.

Dərin hörmətlə,

 

 

 

Leonid KUÇMA,

1994-2005-ci illərdə Ukraynanın Prezidenti

Azərbaycan.-2013.- 26 dekabr.- S.2.