Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, ailənizə əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Biz, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kollektivi Sizin "Alma Mater"ə diqqətinizi səmimi qiymətləndirir və ümid edirik ki, bizim ali məktəbin 2014-cü ildə qeyd edəcəyi şənliyə - MDBMİ-nin 70 illiyi ilə əlaqədar təntənəli tədbirlərə qoşulacaqsınız. MDBMİ məzunlarının II Ümumdünya Forumu çox mühüm hadisə olacaqdır. Bu Forum əsası bizim Bakı görüşündə yaranmış ənənələri inkişaf etdirəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək ad gününüz və qarşıdan gələn Yeni il münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm.

Ən xoş arzularla,

 

 

 

Anatoli TORKUNOV,

Moskva Dövlət Beynəlxalq Münasibətlər

 İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki

Azərbaycan.-2013.- 26 dekabr.- S.2.