Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz uzaqgörən dövlət xadimi və xalqınızın həqiqi vətənpərvər oğlusunuz. Sizin ömür yolunuz dərin hörmətə layiqdir.

Bu gün Azərbaycan xalqının sülh və həmrəylik şəraitində yaşamaq, öz taleyini müəyyən etmək, mənəvi və mədəni identikliyini qoruyub saxlamaq istəyi Sizin şəxsi səyləriniz və vaxtında qəbul etdiyiniz müdrik qərarlar sayəsində gerçəkləşir.

Sevindirici haldır ki, Azərbaycan insan hüquqlarının inkişaf etdirilməsi və onlara riayət olunması, tolerantlıq ideallarının möhkəmlənməsi və ayrı-seçkiliyə yol verilməməsi məsələlərinə müstəsna dərəcədə diqqət yetirir.

Sizin fəal, hərtərəfli düşünülmüş və ardıcıl siyasətiniz sayəsində Azərbaycan dünya arenasında müasirgüclü dövlət kimi getdikcə öz yerini daha inamla möhkəmləndirir.

Siz atanız - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanmış işi inamla davam etdirərək beynəlxalq əlaqələri möhkəmlətməyə və genişləndirməyə, çoxsaylı mütərəqqi layihələri həyata keçirməyə, ölkə üçün son dərəcə mühüm qərarlar qəbul etməyə nail olmusunuz.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə bu respublika xaricdən investisiyalar alan ölkədən özü inamla sərmayələr qoyan dövlətə çevrilmişdir. Qarşıda hələ görüləsi işlər çoxdur və əminəm ki, Siz onların hamısını reallığa çevirəcəksiniz.

Cənab Prezident, bu əlamətdar gündə səmimi təbriklərimi, əmin-amanlıq, möhkəm cansağlığı və ailə xoşbəxtliyi diləklərimi qəbul edin.

Sizə və Azərbaycan Respublikasının bütün xalqına dərin hörmətlə,

 

 

 

Aureliya QRİQORİU,

Moldova Respublikasının ombudsmanı

Azərbaycan.-2013.- 26 dekabr.- S.2.