Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim.

Əminəm ki, ölkələrimiz arasındakı əlaqələri həm ikitərəfli, həm regional, həm də çoxtərəfli zəmində, xüsusilə Avropa İttifaqı daxilində gücləndirmək səylərimizi bundan sonra da davam etdirəcəyik.

Cənab Prezident, Sizi əmin edirəm ki, Malta "Şərq tərəfdaşlığı" Proqramı və Avropa Qonşuluq siyasəti çərçivəsində Azərbaycanın inkişafını dəstəkləməyə hazırdır.

Ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi arzusu ilə Zati-alinizə ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

 

 

Cozef MUSKAT,

Malta Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 26 dekabr.- S.2.