Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa sadiqliyiniz və töhfəniz yüksək qiymətləndirilir.

Bizim dövlətlərimiz sınanmış müttəfiqlərdir və dostluğumuz Sizin səylərinizlə daha da möhkəmlənmişdir.

Azərbaycana səfərim zamanı yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə Sizə təşəkkür etmək istərdim. Bu, ölkəniz haqqında daha çox məlumat əldə etmək baxımından uğurlu bir səfər idi.

Əminəm ki, prezidentliyinizin növbəti dövründə də çox vacib olan ABŞ-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə fəaliyyətimizi davam etdirəcəyik.

Ən xoş arzularla,

 

 

 

Ceyms B. LEVİS,

ABŞ-ın Nyu-Meksiko ştatının xəzinədarı

Azərbaycan.-2013.- 26 dekabr.- S.2.