Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Banqladeş Xalq Respublikasının xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Ali dövləti vəzifəyə yenidən seçilməyiniz xalqınızın Azərbaycanı gələcəkdə daha da inkişaf etdirəcəyinizə inamının təsdiqidir.

Banqladeş ilə Azərbaycan arasında sıx əlaqələr ortaq mədəniyyətə və ənənələrə əsaslanır. Əminəm ki, qardaş ölkələrimiz arasındakı bu əlaqələr xalqlarımızın mənafeyi naminə bütün sahələrdə daha da genişlənəcəkdir.

Sizə, ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost Azərbaycan xalqına sülhrifah arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

 

 

Abdul HƏMİD,

Banqladeş Xalq Respublikasının Prezidenti

Azərbaycan.-2013.- 27 dekabr.- S.2.