Amerika Birləşmiş Ştatlarının konqresmenləri Prezident

 İlham Əliyevi ad günü münasibətilə təbrik etmişlər

 

Amerika Birləşmiş Ştatlarından bir qrup konqresmen - xanım Şeyla Cekson Li, Lyuk Messer, Ted Po, Robert Aderholt, Ceyms Moran, Pit P.Qalleqo, Mişel Lujan Qrişam, Ruben Hinojosa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərmişlər.

Məktubda deyilir: "Hörmətli cənab Prezident. Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Sizin ABŞ ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın inkişafına verdiyiniz töhfələri çox yüksək qiymətləndiririk. Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələri mövcuddurdostluğumuz Sizin prezidentliyiniz dövründə daha da güclənmişdir. Azərbaycan Sizin rəhbərliyinizlə regionda sabitliyə, enerji təhlükəsizliyinə mühüm töhfələr verir, iqtisadi inkişafdemokratik cəmiyyət quruculuğu yolu ilə inamla irəliləyir.

Əminik ki, bundan sonra da ABŞ ilə Azərbaycan Respublikası arasında əlaqələri genişləndirmək üçün Sizinlə birgə işləyəcəyik.

Bir daha doğum gününüzü təbrik edir və ən xoş arzularımızı çatdırırıq."

 

Azərbaycan.-2013.- 27 dekabr.- S.2.