M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin

 Bakı Filialının İctimaiyyətlə əlaqələr şöbəsinin bəyanatı

 

2013-cü il dekabrın 25-26-da "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində Bakı Apelyasiya Məhkəməsində keçirilən bir məhkəmə işi ilə bağlı materiallar dərc olunmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının  rektoru professor Nərgiz Arif qızı Paşayevanın adından bildiririk ki, bu materiallarda  professor N.Paşayevanın adı ilə bağlı yazılan bütün məqamlar həqiqətə uyğun deyildir. İctimaiyyətə həmişə açıq olan professor N.Paşayeva yaxın zamanlarda bunu öz yazısı ilə də mətbuatda təsdiqləyəcəkdir.

 

Azərbaycan.-2013.- 27 dekabr.- S.8.