Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət sirrinə aid edilən məlumatların Siyahısı»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 485; 2006, ¹ 11, maddə 948; 2008, ¹ 11, maddə 969; 2009, ¹ 4, maddə 226, ¹ 10, maddə 785; 2010, ¹ 2, maddə 80; 2012, ¹ 12, maddə 1242; 2013, ¹ 5, maddə 494) ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. I hissənin 2-ci bəndinin on beşinci abzasında "Dövlət Sərhəd Xidməti" sözlərindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on altıncı abzas əlavə olunsun:

"SHXÇDX - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.";

2. II hissənin 1-ci bəndinə, III hissənin 8-ci bəndinə, IV hissənin 13, 19, 23 və 24-cü bəndlərinə və V hissənin 39-cu bəndinə "DSX," akronimindən sonra "SHXÇDX," akronimi əlavə edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 29 dekabr.- S.2.