«Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə»nin təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli
3 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10,
maddə 1148) 3-cü hissəsində "2014-cü il
yanvarın 1-dən" sözləri "2015-ci il dekabrın
1-dən" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 30 dekabr.- S.2.