Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"ni "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 684-IVQD nömrəli və "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 685-IVQD nömrəli qanunlarına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 239; 2008, ¹ 1, maddə 4, ¹ 3, maddə 168, ¹ 8, maddə 722, ¹ 11, maddə 970; 2009, ¹ 1, maddə 11, ¹ 4, maddə 221, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 193, ¹ 7, maddə 625; 2011, ¹ 2, maddə 85, ¹ 3, maddə 178, ¹11, maddə 994; 2012, ¹ 4, maddə 287; 2013, ¹ 2, maddə 121, ¹ 5, maddə 513, ¹ 9, maddə 1044) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 9.17-1-ci və 9.17-2-ci bəndlər əlavə edilsin:

"9.17-1. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma növündə inzibati tənbehi icra etmək;

9.17-2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanı icra etmək;".

2. 10. 10-cu bənd ləğv edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 30 dekabr.- S.3.