«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının ləğv edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 618-IVQ nömrəli Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 618-IVQ nömrəli qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 467) 2-ci maddəsində "2014-cü il yanvarın 1-dən" sözləri "2015-ci il dekabrın 1-dən" sözləri ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 30 dekabr.- S.3.