Azərbaycan qlobal enerji bazarında etibarlı ölkə kimi tanınır

 

"Bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə kimi tanınır. Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə yaratmışıq. İki neftqaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur" - dövlət başçısı İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər artıq beynəlxalq birliyin də mütləq həqiqət kimi qəbul etdiyi rəydir. Azərbaycan haqqında belə bir rəyin formalaşmasında əsas faktor təbii ki, enerji resurslarından səmərəli istifadənin yüksək səviyyədə təşkil olunmasıdır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heçonlara uğur gətirmir. Ölkədə təbəqələşmə prosesi geniş vüsət alır. Lakin Azərbaycanın öz iqtisadi strategiyasını düzgün əsaslar üzərində qurması, qabaqcıl ölkələrin təcrübəsinə istinad etməsi bu problemləri uzaq etmiş, ölkəmizin iqtisadi qüdrətinin artması əhalinin sosial müdafiəsinin güclənməsi ilə müşayiət olunmuşdur.

 Azərbaycanın bugünkü uğurları təbii ki, 19 il bundan öncə imzalanan "Əsrin müqaviləsi"ni xatırlamaq zərurətini yaradır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün sahələrdə inkişafa, tərəqqiyə yol açdı. Azərbaycanın təbii resurslarının xalqımıza məxsus olduğunu önə çəkən ümummilli lider Heydər Əliyev onlardan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoydu. Bu fikriqeyd etmişdir ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Beləliklə, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın enerji ehtiyatlarının dünyaya təqdimatında əhəmiyyətli rol oynadı.

Bu sazişdən sonra indiyə qədər imzalanan onlarca müqavilə də bu reallığı ortaya qoyur ki, Azərbaycanın gələcəyinə, həyata keçirilən siyasətə inam böyükdür. Çoxlarına əfsanə kimi görünən BTC neft kəmərinin 2006-cı ildə, BTƏ qaz kəmərinin 2007-ci ildə istifadəyə verilməsi ölkəmizi regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevirdi. Azərbaycan artıq beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanıb. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında "Cənub qaz dəhlizi haqqında" Memorandumun imzalanması bir daha təsdiq etdi ki, zəngin neftqaz ehtiyatlarına, müasir infrastruktura malik olan ölkəmizin enerji təchizatının şaxələndirilməsində rolu daha da artır. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr ölkələr, xalqlar arasında əməkdaşlıq, dostluq əlaqələrinin inkişafında körpü rolunu oynayır. Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqımızın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulur.

 Bu gün istər ölkə, istərsə də dünya mətbuatının əsas müzakirə mövzularından olan, ən əsası dövlət başçısı İlham Əliyevin XXI əsrin müqaviləsi kimi dəyərləndirdiyi "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması da Azərbaycanın malik olduğu iqtisadi imkanların, eyni zamanda, beynəlxalq münasibətlər sistemində yerirolunun təqdimatlarından biridir. Çoxtərəfli əməkdaşlıq əlaqələrinin başlanğıcı kimi qəbul olunan bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcək. Azərbaycanın Avropa qitəsinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkə kimi nüfuzu artır. O da məlumdur ki, 2012-ci ildə Azərbaycan Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi sazişi imzalayıb. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilib.

 Ümumiyyətlə, "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni yeri açılacaq. "Şahdəniz-2" layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan arasında sıx əməkdaşlıq əlaqələri qurulacaq. Sonrakı mərhələdə MonteneqroXorvatiya da fəal əməkdaşlığa qoşulacaq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planları da var. Eyni zamanda, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal görüləcək.

Dövlət başçısı İlham Əliyevin "Şahdəniz-2" üzrə investisiya qərarının imzalanması mərasimində söylədiyi "Bu gün bu əməkdaşlıq daha geniş formata qədəm qoyurdaha çox ölkə və şirkəti əhatə edəcək yeni əməkdaşlıq formatı yaradılır. Əminəm ki, gələcəkdə "Şahdəniz-2" layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcəkdir" - fikri də "Şahdəniz-2"nin gələcəyi barədə aydın təsəvvür yaradır. Bununla yanaşı, saziş çərçivəsində imzalanan müqavilələr bu əməkdaşlığın 40 il, hətta uzun müddət davam edəcəyinə imkan verəcək. Əvvəlcədən aparılmış təhlillərə əsasən müəyyən edilib ki, yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli qitənin yeganə təchizatçı və ya bir tranzit sistemindən asılılığını azaldacaq. Həmçinin, qarşıdan gələn illərdə "Cənub dəhlizi"nin Yaxın Şərqdə nəhəng qaz təchizatçılarını əhatə edərək genişlənmə potensialı var ki, bu da öz növbəsində Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaq. Beləliklə, bu gün Avropanın enerji təhlükəsizliyi məsələsinin geostrateji problemə çevrilməsi fonunda layihələri ilə 3 yarımadanı, 12 dövləti və 2 qitəni birləşdirən Azərbaycan mühüm energetik ölkəyə çevrilib. "Şahdəniz-2" layihəsi qeyd etdiyimiz kimi, Avropanın enerji xəritəsini dəyişən Azərbaycanın geosiyasigeoiqtisadi üstünlüyünü daha da artırıb.

 Bu günün uğurları fonunda inamla qeyd edə bilərik ki, Azərbaycanda neftqaz sektoru intibah dövrünü yaşayır. İmzalanan yeni-yeni müqavilələr, həmçinin yeni neft-qaz yataqlarının aşkarlanması dayanıqlı iqtisadi inkişafa, əməkdaşlıq əlaqələrinin inkişafına yönələn növbəti layihələrin gündəmə gətirilməsinə stimul verir. Neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyası bu gün iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar açır. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə qorunması ölkənin gələcək inkişafında mühüm rol oynayacaq sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir.

Prezident İlham Əliyevin vaxtilə söylədiyi "Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir" - fikirləri bu günün reallıqları fonunda təsdiqini tapır. Azərbaycan artıq investisiya yatırılan ölkədən investisiya yatıran ölkəyə çevrilib. Neft-qaz yataqlarına qoyulan hər bir dollar investisiyanın digər sahələrə buna bərabər həcmdə investisiyanın gətirilməsinə xidmət göstərdiyini vurğulayan dövlət başçısı İlham Əliyev bunu belə əsaslandırır: "Bizim xarici tərəfdaşlarla imzalanmış pay bölgüsü üzrə kontraktlar maraqlarımızı tam şəkildə təmin edirbu gün mənfəət neftinin mütləq əksəriyyəti Azərbaycana məxsusdur. Xarici şirkətlərdə çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu illər ərzində vətəndaşlarımız xarici şirkətlərin hesabına xaricdə və Azərbaycanda təlim kursları keçmişlər, müasir texnologiyalara yiyələnmişlər, tanış olmuşlar. Yəni, bu kontraktlar, sadəcə olaraq, neftin hasil edilməsi, nəqli və ya mənfəətin bölgüsü ilə məhdudlaşmır. Bu kontraktlar bizə başqa sahələrdə də inkişafa nail olmaq üçün şərait yaratdı".

 Qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsi olaraq bu fikri böyük inamla bildiririk ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti və birmənalı siyasəti nəticəsində Azərbaycan düzgün yol seçdi və bunu bugünkü Azərbaycanın inkişafında görürük. İqtisadiyyatın inkişafında neft amilinə önəm verilməsi, sonrakı dövrlərdə şaxələndirilmə siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanı iqtisadi möcüzələr ölkəsinə, Cənubi Qafqazın parlayan ulduzuna, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevirdi.

 

 

 

Xatirə ƏLİYEVA,

YAP Mətbuat Xidmətinin əməkdaşı

Azərbaycan.-2013.- 30 dekabr.- S.5.