Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Birləşmiş Ştatlar ilə Azərbaycan arasında strateji tərəfdaşlığa Sizin sadiqliyiniz və töhfəniz yüksək qiymətləndirilir. Sizin rəhbərliyiniz altında ölkələrimizin müttəfiqliyi sınaqdan keçmişdostluğumuz daha da güclənmişdir.

Əminəm ki, Sizin növbəti prezidentliyiniz dövründə mühüm əhəmiyyət kəsb edən ABŞ-Azərbaycan münasibətləri daha da genişlənəcək və dərinləşəcəkdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, Sizin gördüyünüz vacib işlərin təbliğində Azərbaycanın Dostları Assambleyası böyük səylər göstərir.

Hörmətlə,

 

 

 

Eni F.H. FALEOMAVAEQA,

ABŞ konqresmeni

Azərbaycan.-2013.-  30 dekabr.- S. 1.