Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizin Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə göstərdiyiniz şəxsi diqqəti və verdiyiniz töhfələri olduqca yüksək qiymətləndiririk. Azərbaycan ilə Texas ştatı arasında yaranmış dostluq əlaqələri bizi çox sevindirir. Biz Sizi və xanımınızı ştatımızda salamlamaqdan böyük məmnunluq duyardıq. Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələri mövcuddurdostluğumuz sizin rəhbərliyinizlə daha da güclənmişdir.

Əminəm ki, prezidentliyinizin növbəti dövründə də ABŞ ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi üçün birgə işləyəcəyik.

Dərin hörmətlə,

 

 

Milla Perri CONS,

ABŞ-ın Texas ştatında Birləşmiş Cərrahiyyə

 Tərəfdaşları Beynəlxalq Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan.-2013.-  30 dekabr.- S. 1.