Kuba Respublikası Dövlət Şurasının və Nazirlər

 Şurasının Sədri zati-aliləri cənab Raul Kastro Rusa

 

Hörmətli cənab Sədr!

Ölkənizin milli bayramı - Azadlıq günü münasibətilə Sizibütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Kuba əlaqələri, dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kuba xalqına daim sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 31 dekabr.- S.1.