«Əmtəə nişanları və coğrafi göstəricilər haqqında «Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə»

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹8, maddə 485; 2004, ¹7, maddə 505; 2009, ¹5, maddə 296; 2010, ¹3, maddə 171; 2012, ¹7, maddə 645) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddə üzrə:

 

1.1. yeddinci hissənin birinci bəndi ləğv edilsin və 2-ci-6-cı bəndlər müvafiq olaraq 1-ci-5-ci bəndlər hesab edilsin;

 

1.2. on ikinci hissənin ikinci cümləsində "Müəyyən edilmiş haqq ödənilməklə" sözləri "İddiaçının vəsatəti əsasında" sözləri ilə əvəz edilsin.

 

2. 11-ci maddə üzrə:

 

2.1. ikinci hissəsində "müəyyənləşdirilmiş müəyyən edilmiş haqqı ödəyərək" sözləri çıxarılsın;

 

2.2. altıncı hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

 

"Bu müddət iddiaçının vəsatəti əsasında 2 ay müddətinə uzadıla bilər.".

 

3. 14-cü maddənin səkkizinci hissəsi aşağıdakı redaksiyada verilsin:

 

"Bu qanunun 9-cu maddəsinə uyğun verilən iddia sənədinin ekspertizası iddiaçının vəsatəti  əsasında  1 ay  ərzində  keçirilir.".

 

4. 17-ci maddənin dördüncü hissəsində "verə bilər" sözləri "verir" sözü ilə əvəz edilsin.

 

5. 28-ci maddə üzrə:

 

5.1. səkkizinci hissə aşağıdakı redaksiyada verilsin:

 

"Qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklər tərəflərin razılığı ilə edilir.";

 

5.2. doqquzuncu hissədə "qanunvericilikdə müəyyənləşdirilmiş qaydada" sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada" sözləri ilə əvəz edilsin.

 

6. 29-cu maddənin ikincidördüncü hissələrində "etibarsız hesab edilə bilər" sözləri  "etibarsız hesab edilir" sözləri ilə əvəz edilsin.

 

7. 31-ci maddənin ikinci hissəsində "qanunvericiliklə" sözü "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanunu ilə" sözləri ilə əvəz edilsin.

 

8. 33-cü maddənin birinci hissəsində "Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş" sözləri "Azərbaycan Respublikasının Mülki Prosessual  Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin.

 

9. 35-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması, müvafiq şəhadətnamələrin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər üçün "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət  rüsumu ödənilir.".

10. 37-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.".

11. Aşağıdakı məzmunda 35-1-ci maddə əlavə edilsin:

"35-1. Əmtəə nişanları və coğrafi göstəricilər ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili

Əmtəə nişanları və coğrafi göstəricilər ilə bağlı iddia sənədinin qəbulunu  (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla), əmtəə nişanına dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə və iddia sənədlərinin (o cümlədən ilkinlik üzrə sənədlərin) təqdimedilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 31 dekabr.- S.3.