Xalqımızın milli həmrəyliyi dünyaya nümunədir

Ulu öndər Heydər Əliyevin milli həmrəylik, müstəqillik və azərbaycançılıq ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

 

Dövlət müstəqilliyinin bərpasından ötən 22 il Azərbaycan xalqı üçün möhtəşəm uğurlarla yadda qalıb. Halbuki dövlət və tarix üçün bu müddət uzun zaman kəsiyi deyil. Ancaq bu qısa dövrdə Azərbaycan çox böyük inkişaf yolu keçib. Müstəqilliyimiz və dövlətçiliyimiz möhkəmlənib, mütərrəqqi dövlət quruculuğu, cəmiyyət həyatının bütün sahələrində mükəmməl islahatlar həyata keçirilib. İndi beynəlxalq aləmdə özünün layiqli yerini tutan Azərbaycan həm də ayrı-ayrı ölkələrin sosial-iqtisadi inkişaf yolunda örnək götürdüyü bir dövlətdir. Bununla belə, müstəqilliyin bəpasından ötən 22 ilin heçbütün mərhələləri Azərbaycanın tarixinə xalqımızın və respublikamızın maraqlarına xidmət edən mütərəqqi siyasiiqtisadi proseslərlə həkk olunmayıb. 1991-1993-cü illərdə baş verən hadisələr göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək onu qazanmaqdan qat-qat çətindir. Yalnız 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin xalqı istəyi ilə hakimiyyə qayıdışından sonra ölkədə formalaşan yeni siyasi kurs Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini təmin etdibu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız misilsiz uğurların bünövrəsini qoydu.

 

 

Milli həmrəyliyimizin banisi

 

 

1991-ci ildə müstəqilliyini bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olan Azərbaycanın qarşısında duran başlıca və aktual vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi idi. Çünki Ermənistanın ölkəmizə qarşı təcavüzünün açıq müstəviyə qədəm qoyduğu, ermənilərin dünyada antiazərbaycan təbliğatı apardıqları bir vaxtda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həmrəyliyinin və diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi olduqca mühüm əhəmiyyət kəsb edirdi. Digər tərəfdən tarixin müxtəlif mərhələlərində düçar olduqları məhrumiyyətlər, haqsızlıqlar və digər səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların təşkilatlanmasının müstəqilliyinə yeni nail olmuş respublikamızın beynəlxalq birlikdəki yerinin möhkəmləndirilməsi işinə böyük töhfələr verəcəyi şübhəsiz idi.

Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi XX əsrin sonlarına doğru Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan Heydər Əliyev olmuşdur. Bu məsələdə xüsusi həssaslıq nümayiş etdirərək ilk addımı da ulu öndər atmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Daha sonra bu bayramın bütün ölkədə qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi.

22 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoydu. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olsa da, təəssüflər olsun ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi ilə bağlı dövlət siyasəti yürüdülmədi. O dövrdə hakimiyyətdə olan siyasi qüvvələr bu məsələdə maraqlı olmadılar, birlik və həmrəylik ideyalarının özünə yer tapmaması özünü problem kimi göstərərək inkişafı əngəlləyən amilə çevrildi. Diaspor quruculuğuna maraq göstərilməməsi xarici ölkələrdə azərbaycanlıların yenigüclü cəmiyyətlərinin yaradılmasına mənfi təsir göstərməklə bərabər, soydaşlarımızın vətənlə əlaqələrinin genişlənməsinə, azərbaycançılıq ideyasının inkişaf etdirilməsinə, dünyaya səpələnmiş azərbaycanlıların həmrəyliyinin əldə olunmasına imkan vermədi.

Heydər Əliyevin 1993-cü ildə xalqın yekdil arzusu ilə hakimiyyətə dönüşündən sonra ölkədə davamlı sabitlikiqtisadi tərəqqinin əsasını qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçüq milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə də ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən ulu öndər xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi. "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir" - deyə ulu öndər bildirib.

 

 

Azərbaycanlıların təşkilatlanması diaspor quruculuğunun prioritet istiqamətidir

 

 

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.

Qurultayda ən yaddaqalan məqam isə Heydər Əliyevin proqram xarakterli çıxışı oldu. Ulu öndər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söylədi, azərbaycançılığın nə qədər önəmli olduğunu, xalqımızın bu ideya ətrafında sıx birləşməsinin vacibliyini bildirdi: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın cəmləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar. Diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indi Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkan verdi. Milli Məclis "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Dövlət komitəsinin yaradılması və qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişləndirilməsini təmin etdi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul verdi.

 

 

Ulu öndərin müəllifi olduğu ənənələr layiqincə yaşadılır

 

 

Heydər Əliyev yolunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə Azərbaycan Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və dünya azərbaycanlılarının qürur yerinə çevrilib. İndi kosmik klubun üzvü olan Azərbaycan həm də dünyanın enerji siyasətinə özünün korrektələrini edir. Beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycanın səsi həm də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etmək kimi möhtəşəm tribunalardan gəlir.

Fərəhli haldır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönəlmiş uzaqgörən dövlət siyasətini, milli həmrəylik və diaspor quruculuğunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ötən 10 ildə bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən ölkə rəhbəri bu vədini əməli işi ilə doğrultmuş, milli birlik və həmrəyliyə xidmət edən addımları ilə birləşdirici lider statusuna yüksəlmişdir. Prezident İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə - ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına nail olmaqla, onlarda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə və milli birliyə xidmət edən digər addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Ötən illərin büdcə zərfində diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması da milli həmrəyliyə yüksək diqqət və qayğının bariz nümunəsi kimi diqqəti çəkir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq İlham Əliyev 2013-cü ilin prezident seçkilərində də dünya azərbaycanlılarının dəstəyini alıb.

Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri ilə keçirdiyi görüşlərdə Prezident İlham Əliyev diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi müəyyən edibbu fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini bildirib. Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələr verib.

Bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əsas hədəflərindən biri də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların potensial imkanlarını azərbaycançılıq naminə səfərbər etməklə yanaşı, onların həmin ölkələrdə gedən proseslərdə, cəmiyyət həyatının ayrı-ayrı sahələrində fəal iştirakına nail olmaqdır. "Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda onlar da doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər" - deyə Prezident İlham Əliyev bildirib.

Prezidentin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verməklə ötən illərin əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işlərinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılması üçün daha müasir metodların hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri önə çəkilib. Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı dərin məzmunlu çıxışında xaricdəki azərbaycanlılara və respublikanın müvafiq dövlət qurumlarına bu sahədə görülmüş işlərdə arxayınlaşmamağı, daha böyük nəticələrə nail olmağı tövsiyə edib.

II Qurultaydan sonra xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, doğma Vətənimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində mühüm işlər görülüb. 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" həmvətənlərimiz qarşısında qoyulan vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində əhəmiyyətli rol oynayıb. Artıq azərbaycanlıların müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və qurumları vahid mərkəzlərdə birləşmiş, soydaşlarımızın qitələr üzrə təşkilatlanması prosesi demək olar ki, başa çatıb.

Prezident İlham Əliyevin 2011-ci il yanvarın 21-də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamından irəli gələrək həmin il iyulun 5-də Bakı şəhərində Dünya Azərbaycanlılarının III qurultayı keçirildi. Bu qurultay xaricdə yaşayan soydaşlarımızın, Azərbaycan icmalarının qarşısına yeni vəzifələr qoymaqla bərabər azərbaycanlıların milli birliyidiaspor quruculuğu istiqamətində yeni səhifələr açıb.

Azərbaycan Prezidentinin türkdilli xalqların ideya birliyinin təmini istiqamətindəki fəaliyyəti də müasir dünya reallıqlarından irəli gəlir. Bu gün az qala dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektli əks-hücumun təşkili çağdaş dövrün zəruri tələbi kimi önə çıxmışdır. Rəsmi Bakının tarixi, siyasidini baxımdan Azərbaycana yaxın olan türkdilli respublikalarla ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də məhz bu məqsədə xidmət edir. 2007-ci il martın 9-da Bakıda keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu və noyabrın 17-dən 19-dək keçirilən Türk dövlət və cəmiyyətlərinin 11-ci Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı isə birləşməyə doğru atılmış real addımlar olub. Qurultayda qardaş xalqlar və ölkələr arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi, türkdilli dövlətlərin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi naminə görüləcək işlərlə bağlı faydalı ideyalar, dəyərli təşəbbüslər irəli sürülüb.

Bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev təkcə dünya azərbaycanlılarının mənəvi birlik və həmrəyliyinin etibarlı təminatçısı deyil, həm də türkdilli xalqlar arasında səmərəli əməkdaşlıq təşəbbüslərinin müəllifidir.

 

 

Birliyimizin rəmzinə çevrilmiş bayram

 

Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söznüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə yaxşı zəmin yaradıb. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkələrdəki azərbaycanlı diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə daha faydalı aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu bayramın qeyd edilməsi dünya azərbaycanlıları tərəfindən zərurətə və mənəvi ehtiyaca çevrilib. Çünki bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır.

Milli birlik və azərbaycançılıq ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində və çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir. Bu günlərdə Prezident İlham Əliyev Milli Həmrəylik Günü münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edib, hər birinə xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıb. Təbrikdə deyilir: "Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisimilli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hissduyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcəkdir".

Dünya azərbaycanlılarının həmrəyliyi ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi. Reallıq ondan ibarətdir ki, ulu öndərin bu arzusu həyata keçib. 31 dekabr tarixinin ən mühüm qayəsi həm də ondan ibarətdir ki, bu əlamətdar gün Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilibümummilli bayrama çevrilib.

Tarixin gedişi və taleyin hökmü ilə dünyanın bütün qitələrinə səpələnmiş milyonlarla soydaşımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının yekdilliyinin misilsiz əhəmiyyət daşıdığını bu gün daha dərindən dərk edir. Onlar yaxşı başa düşürlər ki, etnik-siyasi baxımdan təşkilatlana bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirir, getdikcə zəifləyərək hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar. Qürur hissi ilə qeyd etməliyik ki, bu istiqamətdə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsi və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxilixarici siyasət sayəsində ölkəmizin qüdrətlənməsi, dünyadakı mövqelərini möhkəmləndirməsi, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi dünya azərbaycanlılarının həmrəyliyini daha da gücləndirir və əzəmətli edir. Müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının həmrəyliyinin əsası və güclü dayağıdır. Bu həmrəyliyin qayəsini təşkil edən müstəqillik, azərbaycançılıq və Azərbaycan dövlətçiliyi ideyaları isə soydaşlarımızı birləşdirən ali milli məfkurədir.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 31 dekabr.- S.5.