Azərbaycan Respublikasında İnformasiya Texnologiyalar Universitetinin yaradılması
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
"2013-cü ilin Azərbaycan
Respublikasında "İnformasiya-Kommunikasiya Texnologiyaları
ili" elan edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664
nömrəli sərəncamına uyğun olaraq, ölkənin
sosial-iqtisadi inkişafında və gündəlik həyatın
müxtəlif sahələrində yeni texnologiyaların tətbiq
dairəsinin sürətlə genişləndiyini nəzərə
alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti
üzrə yüksək hazırlığa malik kadr
potensialının formalaşdırılmasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında
İnformasiya Texnologiyaları
Universiteti yaradılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. bu sərəncamın
1-ci hissəsi ilə yaradılmış İnformasiya
Texnologiyaları Universitetinin
Nizamnaməsinin layihəsini
hazırlayıb iki ay
müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. İnformasiya Texnologiyaları
Universitetinin fəaliyyətinin
maliyyələşdirilməsi ilə əlaqədar
2013-cü il üçün dövlət
büdcəsindən və
2014-cü il və növbəti illər üçün dövlət
büdcəsi layihələrində
vəsaitin ayrılmasını
nəzərdə tutsun;
2.3. İnformasiya Texnologiyaları
Universitetinin bina və lazımi avadanlıqla təmin edilməsi üçün
müvafiq tədbirlər
görsün;
2.4. bu sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində
2013-2014-cü tədris ilindən
etibarən təhsil prosesinə başlanılmasını
təmin etsin və bu sərəncamdan
irəli gələn digər zəruri tədbirləri həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral
2013-cü il
Azərbaycan.-2013.- 2 fevral.- S.1.