Prezident seçkilərində gənclərin fəallığının artırılması məqsədilə yeni təşəbbüs qrupu yaradılmışdır

 

Gənclərin prezident seçkilərində fəallıqlarının artırılması məqsədilə "Mənim Prezidentim" adlı yeni təşəbbüs qrupu yaradılmışdır. Təşəbbüs qrupundan AzərTAc-a bildirmişlər ki, əsas məqsəd gənclər üçün seçki mədəniyyətinin inkişafına, seçkidə iştirakın vacibliyinin təbliğinə, gənclər arasında seçki ilə bağlı məlumatlılığın artırılmasına yönəlmiş müxtəlif tədbirlərin təşkilidir.

Təşəbbüs qrupu hər bir gənc üçün açıqdır. İdeyaları, təşəbbüsləri olan və bu qrupun üzvü olmaq istəyən hər bir gənc menimprezidentim@outlook.com elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlaya bilər.

 

 

Azərbaycan.-2013.- 2 fevral.- S.2.