Gəncliyimiz, gələcəyimiz

 

2 fevral Gənclər Günüdür

 

Artıq neçə ildir 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Ümumiyyətlə, Azərbaycanda gənclərlə bağlı ayrıca dövlət proqramları var və bunların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

İlk dəfə 1996-ci ilin 2 fevral günü Azərbaycan gənclərinin I forumu keçirilibümummilli liderin sərəncamı ilə 1997-ci ildən başlayaraq hər il fevralın 2-si  Gənclər günü kimi qeyd edilir.

Azərbaycan cəmiyyətində gənclər çoxluq təşkil edirbu mənada onların problemlərinə diqqət göstərilməsi dövlət və ictimai orqanların xüsusi nəzarətindədir. Bu yaxınlarda Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, hazırda ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi oğlan, 51 faizi isə qızlardır. Ölkəmizdə doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb ki, bu da respublikamızda demoqrafik problemlərin bədxah qonşularımızdan fərqli olaraq daha uğurla həll edildiyini göstərir.

Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu məqsədlə 1994-cü il iyulun 26-da Gənclər, İdmanTurizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib.

1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" sərəncam imzalayıb. "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olubbundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik."

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı və artıq minlərlə gənc dünyanın ən nüfuzlu elm ocaqlarında təhsil almaqdadırlar. İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, ayrı-ayrı gənclər təşkilatları il boyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafına yardım göstərir.

Dövlət başçısının səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizin beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadadünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Hələ 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Gənclərin idmana cəlb olunması üçün o vaxtdan başlayaraq Olimpiya İdman Kompleksləri istifadəyə verilir.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə keçirilən, dünyanın yüz ölkəsindən beş yüzə yaxın qonağın qatıldığı "Gənclərin Məşğulluq sammiti"nə ev sahibliyi edən Azərbaycan gənclərin məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qürurla ortaya qoydu. Bu diqqət gənclərin fəallığını daha da artırır, onları səfərbər edir.

2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.

Bir sözlə, gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin bütövlükdə "Gənclər ili" elan edilməsi də təqdirəlayiqdir. Dövlət başçısı Azərbaycan gəncliyinin gələcəyinə böyük inamla yanaşdığını dəfələrlə bildirib: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 2 fevral.- S.5.