Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2007, ¹ 1, maddə 8, ¹ 5, maddə  457, ¹ 6,  maddə 608; 2010, ¹ 2, maddə 80; 2012,  ¹ 9, maddə 859) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1.  2.2-ci bənddə "35 000" rəqəmi "50 000" rəqəmi ilə əvəz edilsin;

1.2.  2.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.5.2. üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyataistefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.".

2. Müəyyən edilsin ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 5 fevral.- S.1.