BosniyaHerseqovina Parlament Məclisi Nümayəndələr Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiç fevralın 4-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bojo Lyubiçi Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Səfər çərçivəsində Azərbaycanın və Bosniya və Herseqovinanın  qanunverici orqanları, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaqdır.

Bosniya və Herseqovina Parlament Məclisi Nümayəndələr Palatasının sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.-2013.- 5 fevral.- S.4.