Azərbaycan xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında iştirak edir

 

Fevralın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında iştirak etmək məqsədilə Misir Ərəb Respublikasına səfər etmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov "İslam dünyası: yeni çağırışlar və genişlənən imkanlar" mövzusunda keçiriləcək zirvə toplantısında məruzə ilə çıxış etmişdir.

Səfər çərçivəsində Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bir sıra ikitərəfli görüşlər də keçirəcəkdir.

 

 

Azərbaycan.-2013.- 6 fevral.- S.4.