Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi»ndə və «ASAN xidmət» mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi"ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 858) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3.1.7-1-ci və 3.1.7-2-ci yarımbəndlər əlavə edilsin:

"3.1.7-1. mərkəzlərdə göstərilən xidmətlərin səyyar formada təşkilini həyata keçirmək;

3.1.7-2. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərini vahid geyimlə təmin etmək;";

1.2. 5.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.";

1.3. aşağıdakı məzmunda 5.5.18-1-ci yarımbənd əlavə edilsin:

"5.5.18-1. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini və daşınması qaydasını təsdiq edir;".

2. Həmin fərmanla təsdiq edilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:

"3.4. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini Dövlət Agentliyinin sədri təsdiq edir.";

2.2. 4.5-ci bəndin birinci yarımbəndinin birinci cümləsində "vətəndaş" sözü "şəxs" sözü ilə əvəz edilsin, "yaşayış yerini" sözlərindən sonra ", habelə olduğu yeri" sözləri əlavə edilsin, ikinci cümləsində "vətəndaşa" sözü "şəxsə" sözü ilə əvəz edilsin, "iş yerində" sözlərindən sonra ", habelə olduğu yerdə" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 7 fevral.- S.2.