Britaniya Parlamentinin deputatı: Xocalı aeroportu qanuni olaraq fəaliyyət göstərə bilməz

 

Xocalı aeroportu qanuni olaraq fəaliyyət göstərə bilməz. Çünki Azərbaycan hökumətinin sanksiyası olmadan bu ölkənin hava məkanında icazəsiz uçuşlara yol verilmir.

AzərTAc xəbər verir ki, bu sözləri Böyük Britaniya Mühafizəkarlar Partiyasından olan deputat, energetika və iqlim dəyişikliyi üzrə xüsusi komitənin üzvü, Azərbaycan üzrə parlament qrupunun sədri Kristoferin Pinçer Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualını cavablandırarkən demişdir.

Britaniyalı deputat bildirmişdir ki, aeroportun açılması yalnız Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından sonra mümkün ola bilər. Hərbi əməliyyatların bitdikdən, öz doğma yurdlarından qovulmuş, hazırda qaçqın və məcburi köçkünlər üçün düşərgələrində çətin həyat sürən insanlar evlərinə qayıtdıqdan sonra aeroportun yenidən açılması barədə danışmaq mümkün olacaqdır.

 

 

Azərbaycan.-2013.- 7 fevral.- S.6.