Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya dövlətinin başçısını və xanımı Dragitsa Nikoliçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Tomislav Nikoliç və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 8 fevral.- S.1.