Azərbaycan ilə Xorvatiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Müdafiə sənayesi naziri Yavər Camalov fevralın 7-də Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Ante Kotromanoviç göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 8 fevral.- S.2.